Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Taliban”la gizli danışıqlar

07.09.17, 10:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Eyni ssenarinin müəyyən şərtlərlə Suriyada da həyata keçirilməsi mümükündür

Əfqanıstandakı “islamçılar”la danışıqlara yaşıl işıq yandıran Donald Tramp “Taliban”ın "bəzi elementləri" ilə görüşməyə istəkli olduğunu söyləyib. Trampın bu rəftarı açıqlamalarının ümumi xarakterini təyin edən populist, təhrikedici ifadələri əks etdirmir. Hətta sabiq milli təhlükəsizlik müşaviri Sebastian Qorka Əfqanıstanla bağlı çıxışda "radikal islamçı terroristlər"dən söz açılmadığı üçün ABŞ prezidentini günahlandırıb.
“Starteq” “Anadolu News Agency”ə istinadən yazır ki, ABŞ-ın Əfqanıstandakı iki yüksək mənsəbli səlahiyyətlisi – general Con Nikolson və xüsusi nümayəndə Uqo Lorens elə ertəsi gün Trampın "Taliban”la danışıqlarla əlaqədar ifadələrini şərh edərək bunu 16 illik müharibəni bitirmə zamanı kimi səciyyələndiriblər.
Tramp və komandası ABŞ-ın daxili və xarici problemlərində dalana dirənib. Buna görə də son bir neçə ayda ABŞ prezidenti hökumətdəki ilk heyətlə yollarını ayıraraq, onların yerinə təqaüdçü generalları işə götürür. Amma generallar ABŞ-ın və əlbəttə, Trampın sehrli çubuğu deyil. Təqaüdçü generalların Tramp administrasiyasına cəlb edilməsi amerikalı liderin "avtomatik pilotları" işə götürməsinə bərabərdir. Digər tərəfdən, Tramp ilk dövrünü başa vurub ikinci dəfə prezident seçilməyi düşünür.
Əslində, ABŞ-ın İraqdakı siyasətini də generallar hazırlamışdı. Bu siyasət İraq “əl-Qaidə”sində olan "mülayim" ünsürlərlə görüşərək, onların radikallardan ayrılmasını təmin etmək və mötədillərin radikallara üstün gələrək rəhbərliyi ələ keçirməsinə köməkçi olmaq üçün ABŞ əsgərlərinin sayını artırmaq üzərində qurulmuşdu. Eks-prezident Barak Obama sünni müttəfiqlərdən imtina etdi və onları şiə rəqiblərinin ayağına verdi. Beləliklə, qoşun sayının artması ilə irəliləyiş boşa çıxdı. Obama, İraqı yenidən yönləndirmək üçün əsgər sayının artırılması siyasətini təqlid etməyə çalışdı. Lakin iraqlı sünnilərin dəstəyinə qarşı çıxan İranla danışıqlar nəticəsində uğursuz oldu və geri çəkildi. ABŞ-ın keçmiş prezidenti sonradan İranın İraqda "şiələrin sünnilərdən ayrılmasına icazə vermək" siyasətinə təslim oldu.
2010-cu ildə Obama Əfqanıstanda, İraqdakı kimi, qüvvələrin artırılması siyasətini təkrarladı. Həmin dövrdə bir çox şəhərlər milli hökumətin nəzarətində idi və Əfqanıstan siyasəti bir müddət işə yaradı. Ancaq ABŞ qoşunlarının geri çəkilməyə başladığı nöqtəyə qədər. Beləcə, Əfqanıstan prezidenti Əşrəf Qəni bir ölkənin idarəçisi olmaq durumundan çıxaraq Kabilin bələdiyyə başçısı mövqeyinə düşdü.
Əhalinin tayfalara bölündüyü, parçalanmış bir quruluşda olmasının, ABŞ-ın Əfqanıstanı toparlaması, mərkəzi hökumətə təhvil verməsi və sonra da orada çıxmasının qeyri-mümkün olduğunun fərqinə varan ABŞ generalları yeni bir strategiya yaratdılar: qeyri-hökumət milis qrupları halındakı “islamçılar”la danışıqlar. Dövlətin əlinin çatmadığı bölgələr terroristlərin nəzarətində qalır, bu ərazilərin ABŞ-a və ya dünyanın digər yerlərinə hücumlar üçün “liman” halına gəlməməsi şərti ilə sülh əldə edilir.
O zaman başçı namizədi olan senator Barak Obama Senatın Xarici Əlaqələr Komitəsindəki 2008-ci il tarixli iclasda, ABŞ-ın İraqdakı səlahiyyətliləri olan general David Petraeus və səfir Rayan Krokerə bu sualı verərkən də həmin qənaətdə idi: "Amerikanın İraqı yenidən quraraq ondan demokratik ölkə etməsi üçün deyil, amerikalıların şərəfli şəkildə ona nüfuz etməsi üçün nələr etmək lazımdır?"
ABŞ 2009-cu ildə Əfqanıstanda İraqı təqlid etdi. Xaricə əsgər göndərmə çox bahalı işdir. Buna görə də ABŞ rəsmi olaraq “Taliban” Əmirliyi adlanacaq bir quruluşu – gündəmində insan haqları və ya qadın hüquqları olsa da, – tanıması əsas deyil. Əsas odur ki, bu qondarma əmirlikdən Qərb əleyhinə hərəkətlərə imkan verilməsin. Yəni ABŞ yerli xalqın öz hökumət formasını müəyyənləşdirməyə imkan yaratdı.
Birləşmiş Ştatların Suriya siyasəti dünyadakı digər bölgələrdə izlədiyi siyasətdən daha dünyəvidir. ABŞ və dünya Suriyadakı gələcək hökumətin dünyəvi olmasını tələb edir. Belə bir tövsiyə Vaşinqtonun özünə uyğun gəlmir.
Beləliklə, əgər ABŞ İraqda şiə dini hökumətinə və Əfqanıstanda sünni dini qaydaya dözə bilərsə, niyə Suriyadakı gələcək hökumət islamçı ola bilməz? ABŞ çox ciddi düşməni olan terrorist “Taliban”la danışıqlar aparırsa, nə üçün radikal İŞİD olmayan Suriyadakı “Fethüş-Şam” və ya digər “İslam qrupları” ilə müzakirələr aparmasın?
“Fethüş-Şam” “Nusra Cəbhəsi”nin varisidir. “Nusra” – Birləşmiş Ştatlarının əsas terrorist düşməni “Əl-Qaidə” ilə bağlılığını iddia edən qrupdur. “Taliban” kimi “Fethüş-Şam” da ifadə azadlığının olmadığı, cəmiyyətdə çox sərt qaydaların tətbiq edildiyi kabus “hökuməti”dir. Ancaq ABŞ-lı müzakirəçilər “Fethüş-Şamı” “əl-Qaidə”dən uzaq tuta bilərsə, onlar da Suriyanın şimalındakı İdlibdə qurulacaq “İslam əmirliyi”nin beynəlxalq terrorizmin sığınacağı olmayacağına zəmanət verərlərsə, o zaman ABŞ diplomatiyasının “Taliban”a əl uzadıb “Fethüş-Şam”a uzatmamasına heç bir səbəb qalmayacaq.

Bu xəbər oxundu
- - -