Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Jara” festivalı erməniləri “yandırıb”

07.09.17, 12:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İyulun 27-dən 30-dək Bakıda keçirilmiş “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi olub. Festivalda 80-dən çox tanınmış artist iştirak edib. Beynəlxalq festivala nəinki Azərbaycan paytaxtının sakinləri, həm də dünyanın müxtəlif ölkələrindən musiqi sərrafları maraq göstəriblər. Çoxsaylı qonaqlar respublikanın turizm imkanları ilə yaxından tanış olub, paytaxtın və regionların inkişafını öz gözləri ilə görüblər.
“Jara” festivalının mətbuat xidmətindən bildirilib ki, festival müxtəlif KİV-lərdə, o cümlədən televiziyada, radioda, mətbuatda geniş işıqlandırılıb. Saysız-hesabsız şərhlər və müsbət rəylər sübut edib ki, “Jara” festivalını ildən-ilə gözləyən insanların sayı daha da artmaqdadır. “Jara” telekanalı müxtəlif ölkələrdə yayımlanır. Kanal 2017-ci il sentyabrın 1-dək Ermənistan ərazisində də yayımlanıb. Lakin festivaldan sonra yayım ultimativ və birtərəfli qaydada dayandırılıb və bunu belə izah ediblər: “Jara” festivalı Azərbaycanın parlaq reklamıdır”.
“Jara” telekanalının menecmenti əvvəlki tək əmindir ki, ölkələr arasında musiqi və mədəni əlaqələr çox vacibdir, xüsusən indiki qeyri-sabit zamanda. Festivalın təşkilatçılarından biri Emin Ağalarov vəziyyəti şərh edərək deyib: “Azərbaycanlı olaraq mən xoşbəxtəm ki, bu festival mənim ölkəmin, xalqımın müsbət reklamıdır, musiqi isə sərhəd tanımır”.
Qeyd edək ki, “Jara” festivalı müxtəlif millətlərdən olan artistləri bir araya gətirib, çünki təşkilatçılar həmişə dünyanın bütün ölkələri arasında xeyirxah və dost münasibətlərin təbliği uğrunda çıxış edirlər. Festival günlərində Sofiya Rotaru, Qriqori Leps, Alla Puqaçova, Soso Pavliaşvili, Valeriya, Emin, Layma Vaykule, Stas Mixaylov, Miri Yusif, Vera Brejneva, Filip Kirkorov, Adil Karaça, Dima Bilan, Vaxtanq Kikabidze, Ani Lorak, Nikolay Baskov, Sergey Lazarev, Oleq Qazmanov, Anita Tsoy, Slava, Valeri Meladze, Svetlana Loboda, Lev Leşşenko, Monatik, Jasmin, Leonid Aqutin, Alessandro Safina, Kristina Orbakayte, Yeqor Krid, İrina Dubtsova və bir çox başqaları eyni səhnədə çıxış ediblər.

Bu xəbər oxundu
- - -