Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İŞİD naziri Gülmurad Həlimov öldürüldü

08.09.17, 9:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, dəqiq aviasiya zərbəsi nəticəsində 40-a yaxın İŞİD terrorçusu məhv edilib. Nazirliyin məlumatına əsasən xəbər veririk ki, Suriyanın Deyr-əz-Zor şəhəri yaxınlığında terrorçuların komanda məntəqəsinə endirilmiş aviasiya zərbəsi nəticəsində təşkilatın “müharibə naziri” Gülmurad Həlimov öldürülüb. Bundan başqa, İŞİD-in daha üç nüfuzlu səhra komandiri zərbənin vurulduğu yerdə keçirilən iclasda iştirak edirmiş. Onlar da məhv olublar.
Öldürülənlər arasında terrorçuların maliyyə məsələlərinə cavabdeh olan, həmçinin İŞİD-in təlim bazalarına yeni döyüşçülərin gətirilməsini tənzimləyən Əş-Şimalinin də olduğu bildirilir. Gülmurad Həlimovun hansı ölkənin vətəndaşı olduğu dəqiqləşdirilmir. Qeyd edək ki, Gülmurad Həlimov əvvəllər Tacikistanda OMON-un başçısı olub.

Bu xəbər oxundu
- - -