Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Altı ölkə silkələndi: Sunami xəbərdarlığı

08.09.17, 9:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Meksikanın cənub sahillərində Rixter cədvəli üzrə 8,1 bal gücündə zəlzələ baş verib. Sakit okeanında baş verən zəlzələ yüzlərlə kilometr uzaqlıqda olan Meksikanın paytaxtı Mexikoda böyük çaxnaşma yaradıb. Ölkə daxilində həyəcan siqnalları verilib və bəzi yerlərdə elektrik enerjisi kəsilib. Zəlzələnin episentri 33 kilometr dərinlikdə yerləşib. “Pacific Tsunami Alert” Mərkəzi zəlzələdən sonra Meksika, Honduras, Ekvador, Qvatemala, Nikaraqua və Panama üçün sunami xəbərdarlığı edib.
Amerika Geologiya Xidmətinin (USGS) dərc etdiyi zəlzələ xəritəsinə görə, zəlzələ Meksika ilə yanaşı, Qvatemala, Honduras, Nikaraqua və El-Salvadorda hiss olunub. “Röyters” agentliyi zəlzələnin 1985-ci ildən bu yana bölgədəki ən böyük yeraltı təkan olduğunu bildirib. 1985-ci ildə baş verən zəlzələ, minlərlə insanın ölümünə və binaların dağılmasına səbəb olmuşdu.

Bu xəbər oxundu
- - -