Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İtaliya səfirliyi tələbələrin viza problemi barədə açıqlama yaydı

08.09.17, 14:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İtaliya dövləti İtaliya universitetlərində Azərbaycanlı tələbələrin ən çox təhsil aldığı Avropa Birliyi ölkəsidir. 2016-cı ildə İtaliyada təhsil almaq üçün viza əldə edən azərbaycanlı tələbələrin sayı 252 olub. 2017-ci ildə isə tələbələrin sayı keçən ilkinə nisbətən ikiqat artıb.
Bu barədə İtaliyanın Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.
Mədəniyyət sahəsində əməkdaşlıq, İtaliya və Azərbaycan arasındakı əlaqələrin əsasını təşkil edən sahələrdən biridir. İki ölkə arasındakı təbii dostluğa əsaslanaraq İtaliya Azərbaycanlı tələbələrin Avropadakı əsas hədəfinə çevirlmişdir: bu nəticəyə görə biz çox məmnunuq.
İtaliyanın Azərbaycandakı Səfirliyi gəələcəkdə istər dövlət, istərsə də özəl sahələrdə rəhbər vəzifələrdə çalışacaq gənclərin İtaliyada təhsil almaq seçimindən məmnuniyyət duyduğunu bildirir. Azərbaycanın İtaliyadakı Səfirliyi, İtaliya Hökümətinin izlədiyi yola əsasən, bu istiqamətdə yoluna davam etmək niyyətindədir: əsas məqsəd yüksək profilli fakültələrdə təhsil almaq məqsədi ilə hazırlıqlı azərbaycan gənclərini ən yaxşı İtaliya universitetlərinə göndərməkdir.
Azərbaycanın İtaliyadakı Səfirliyi İtaliya universitetlərində təhsil almaq istəyən hər bir tələbəyə bildirmək istəyir ki, Səfirlik vasitəsilə İtaliya universitetlərinə edilən ilkin qəbul qeydiyyatı və İtaliya Universitetləri tərəfindən əldə edilən ilkin qəbul məktubu tələbələrə avtomatik olaraq viza əldə etmək hüququ vermir.
Səfirlik viza tələblərinə tam şəkildə cavab verən viza sorğularını peşəkarlıqla nəzərdən keçirir. Cavab gözləyən tələbələr ilə növbəti günlər və ya həftələrdə əlaqə saxlanılacaqdır.

Bu xəbər oxundu
- - -