Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Saakaşvilinin arxasında hansı dövlət dayanır?

11.09.17, 9:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili yüzlərlə dəstəkçisinin yardımı ilə Ukraynaya daxil ola bilib.
Saakaşvili bildirib ki, keçidin bağlı olmasına acıqlı kütlə qəfildən onu sərhəddən keçirib.
"Bizi süpürərək Ukraynaya apardılar", o əlavə edib.
Ukrayna rəsmiləri onun sərhədi qanunsuz keçdiyini və 16 sərhədçi və milli mühafizə xidməti əməkdaşının yaralandığını bildiriblər.
Ukrayna bildirib ki, sərhəd rəsmiləri və Saakaşvilinin dəstəkçiləri arasında əlbəyaxa qarşıdurma baş verib.
Gürcüstan və sonra Ukrayna vətəndaşlığı olan cənab Saakaşvili hazırda vətəndaşlığı olmayan şəxsdir.
Ukrayna prezidenti Petro Poroşenko Mixail Saakaşvilini ölkə vətəndaşlığından məhrum edib.
Bazar günü Saakaşvili Ukraynaya əvvəlcə avtobusla daxil olmaq istəsə də, daha sonra Krakovets keçid məntəqəsində provokasiya ehtimalına görə plana dəyişiklik etdiyini və qatarla getmək istədiyini bildirib, BBC müxbiri deyir.
Qatar əvvəlcə geciksə də, daha sonra, ümumiyyətlə, təxirə salınıb.
"Qatar hərəkət etməyəcək, sərnişinlər Ukraynaya avtobuslarla gedə bilərlər", vağzalda elan edilib.
Marşrutun dəyişdirilməsinə razılıq verən sərnişinlərə biletin qiyməti məbləğində təzminat veriləcəyi deyilir.
Saakaşvilinin minlərlə tərəfdarı Ukrayna ilə Polşa arasındakı Krakovets sərhəd keçid məntəqəsində toplaşıb, müxbirimiz bildirib.
Gürcüstan Demokratik Hərəkat Partiyasının üzvü Georgi Axlevdiani deyib ki, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin qanunsuz olaraq Ukraynaya girməsinin arxasında ABŞ dayanır.
“Mən Polşa sərhədinə baş verənləri Qərb tərəfindən idarə olunan maskarad adlandırardım. Saakaşvili bunu təkbaşına edəcək qədər cəsur deyil. Onun arxasında konkret layihə dayanır. Fikrimcə bu, ABŞ layihəsidir”, - siyasətçi bildirib.
Onun sözlərinə görə, amerikalıların Saakaşvili ilə həyata keçirdiyi planı onun Ukraynaya qayıdıb öz vətəndaşlığı uğrunda mübarizə aparmasından sonra məlum olacaq.
Ukrayna polisi qanunsuz olaraq ölkə ərazisinə keçdiyinə görə Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili barəsində cinayət işi açıb. Bu barədə məlumat idarənin rəsmi saytında dərc olunub.
"Lvov polisi Ukrayna-Polşa sərhədində yerləşən "Şeqeni" buraxılış məntəqəsinin yaxınlığında baş verən hadisələrlə bağlı Məhkəməyə qədər araşdırmaların vahid reyestrinə Ukrayna Cinayət Məcəlləsinin 332-ci maddəsi üzrə (Şəxslərin Ukrayna dövlət sərhədindən qeyri-qanuni keçirilməsi) cinayət törədilməsi haqqında məlumat daxil edib", - deyə məlumatda bildirilir.
Orda həmçinin qeyd olunur ki, belə cinayətin törədilməsinə görə beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bu xəbər oxundu
- - -