Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rafael Hüseynov Kürdəmirdə ədəbiyyat müəllimləri ilə görüşüb

11.09.17, 11:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov kürdəmirli ədəbiyyat müəllimləri ilə görüşüb. Yeni dərs ili ərəfəsində muzeyin Aran regional şöbəsində keçirilən görüşdə akademik R.Hüseynov klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəslə sevdirmək, layiqincə tədris və təbliğ etmək üçün müəllimlərə tövsiyələr verib, müasir dünya ədəbiyyatındakı yeniliklərdən, ədəbi cərəyanlardan danışıb. Görüşdə müəllimlər ədəbiyyat fənninin tədrisindəki bəzi çətinliklərdən, müasir yeni ədəbi əsərlərin qıtlığından bəhs ediblər.
Sonra tədbir iştirakçıları muzeyin Aran regional şöbəsinin Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini əks etdirən eksponatları ilə tanış olublar. Məlumat verilib ki, muzeydə ən qədim dövrdən müasir zamanadək ədəbi prosesi əhatə edən materiallar, yeni eksponatlar toplanıb. Burada Azərbaycanda müxtəlif dövrlərdə yaşamış görkəmli rəssamların, tanınmış heykəltəraşların hazırladıqları portretlər, ayrı-ayrı bədii əsərlərə çəkilmiş illüstrasiyalar, əlyazmalar, miniatürlər və ayrı-ayrı dövrlərdə nəşr edilmiş kitablar yer alıb. Muzey yarandığı gündən məktəblərlə sıx əməkdaşlıq edir. Məqsəd müəllimlərin şagirdlərlə birgə muzeyə tez-tez gəlmələrini, müəyyən dərslərin muzeydə keçirilməsini təmin etməkdir. Görüşdə müəllimlər ədəbiyyat fənnini şagirdlərə daha çox sevdirmək üçün muzeylə daha sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

Bu xəbər oxundu
- - -