Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Uşaq paralimpiyaçılarımız Vətənə qələbə ilə dönüb

11.09.17, 12:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azercell-in dəstəyilə Uşaq Paralimpiya Komitəsi boççia üzrə Moskvada keçirilən beynəlxalq yarışda 3-cü yeri qazanıb.
Azercell Telekom MMC-nin artıq bir neçə ildir ki, yaxın dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsinin idmançıları ölkəmizi daha bir beynəlxalq yarışda uğurla təmsil edib. Uşaq paralimpiyaçılarımız bu dəfə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş boççia idman növü üzrə beynəlxalq turnirdə güclərini sınayıblar. Belə ki, İngiltərə, Rusiya, Polşa, Çexiyadan olan güclü komandaların qatıldığı yarışda Uşaq Paralimpiya Komitəsinin idmançıları turnirin ən azyaşlı iştirakçıları olub. Dəfələrlə müxtəlif beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən paralimpiyaçılarımız bu dəfə də uğurla çıxış edərək komanda hesabında 3-cü yerə çıxıblar.
Qeyd edək ki, Azercell Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmağa çalışır. Şirkətin sponsorluğu ilə 2014-cü ildən fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi ölkəmizin müxtəlif ərazilərindən uşaq və gəncləri öz ətrafına toplayıb, onlara idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı bəxş edib.
Azercell Azərbaycanda fəaliyyət göstərdiyi 20 ildən artıq müddət ərzində kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi üçün çalışıb və bundan sonra da bu sahədə öz diqqət və qayğısını əsirgəməyəcək.

Bu xəbər oxundu
- - -