Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Strateji Yol Xəritələri necə icra olunur?

11.09.17, 12:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sahibkarlar üçün kredit zəmanət fondunun yaradılması istiqamətində işlər sürətli getmir

Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq (KOS) səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin yanvar-iyun ayları ərzində icra vəziyyəti açıqlanıb.
Sənəddə əsas hədəflər kimi KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, KOS subyektlərinin beynəlmiləlləşməsi və xarici bazarlara çıxış imkanlarının artırılması, KOS subyektlərinin bilik və bacarıqlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətlənməsi, innovasiyaların təşviqi, KOS subyektləri üçün araşdırma və inkişaf fəaliyyətlərinin genişləndirilməsi göstərilib.
Ümumi nəticəyə nəzər saldıqda məlum olur ki, cari ilin ilk yarısında nəzərdə tutulmuş tədbirlərin 6%-i icra olunub, 48%-nin icrasına başlanılıb, 52%-nin isə icrasına başlanılmayıb.
Hədəflərə gəlincə, KOS fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılmasının 7%-i icra olunub, 48%-nin icrasına başlanılıb, 45%-i icra olunmayıb, KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsinin 9%-i icra olunub, 46%-nin icrasına başlanılıb, 45%-nin icrasına başlanılmayıb, KOS subyektlərinin beynəlmiləlləşməsi və xarici bazarlara çıxış imkanlarının artırılmasının 75%-nin icrasına başlanılıb, 25%-i isə icra olunmayıb, KOS subyektlərinin bilik və bacarıqlarının artırılması, qabaqcıl təcrübələrin tətbiqinin sürətlənməsi, innovasiyaların təşviqinin 7%-i icra olunub, 27%-nin icrasına başlanılıb, 67%-nin icrasına başlanılmayıb, innovasiyaların təşviqi, KOS subyektləri üçün araşdırma və inkişaf fəaliyyətlərinin genişləndirilməsinin 20%-nin icrasına başlanılıb, 80%-nin icrasına başlanılmayıb.
Ümumilikdə, Strateji Yol Xəritəsində əksini tapmış prioritetlərin icra vəziyyəti ilə bağlı ilin ilk yarısında 27%-lik proqres müşahidə olunub.

Görülmüş işlər barədə qısa məlumat:

Sahibkarlığın inkişafına, bu sahədə operativliyin əldə olunmasına, elektron xidmətlərə keçidə və müxtəlif məlumat mənbələrinə çıxışın sadələşdirilməsinə imkan verəcək vahid
məlumat portalının yaradılması məqsədilə sahibkarlıq sahəsində xarici ölkələrdə mövcud portallar, o cümlədən onların vasitəsilə təmin edilən elektron xidmətlər araşdırılmış və ilkin təkliflər hazırlanıb. Azərbaycanda dövlət-özəl tərəfdaşlığının dərinləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının dövlət-özəl tərəfdaşlığı üzrə İnkişaf Konsepsiyası”nın layihəsi hazırlanıb.
Bundan əlavə, “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlanıb, layihədə kotirovka sorğusu prosedurları ilə keçirilən satınalmaların yalnız kiçik və orta sahibkarlıq
subyekti olan malgöndərənlərdən (podratçılardan) təklifləri cəlb etməklə keçirilməsi nəzərdə tutulub. Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi, “Müflisləşmə və iflas haqqında”
qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanıb, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” 2017-ci il 2 may tarixli 667-VQ nömrəli qanunu qəbul edilib. Eyni zamanda, sahibkarların elektrik şəbəkəsinə çıxışının asanlaşdırılması məqsədilə “ASAN kommunal” mərkəzlərində texniki şuralar yaradılaraq fəaliyyətə başlayıb. Azərbaycanda kredit zəmanət fondunun (KZF) yaradılmasının ilkin diaqnostikasının aparılması məqsədilə texniki-iqtisadi əsaslandırma (TİƏ) həyata keçirilib. Lisenziyaların və icazələrin elektron qaydada verilməsi məqsədilə “Lisenziyalar və icazələr” portalının yaradılması ilə bağlı işlər davam etdirilir.
“KOS” kateqoriyasına aid olan vergi ödəyicilərinin elektron informasiya sistemlərində fərqləndirilməsi üçün Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli qərarı ilə təsdiq edilmiş "İri, orta və kiçik sahibkar meyarları" nəzərə alınmaqla “KOS” abbreviaturasının strukturu və elektron informasiya sistemlərində əks etdirilməsi ilə
bağlı layihə hazırlanıb və Vergilər Nazirliyinin avtomatlaşdırılmış vergi informasiya sistemində “KOS” abbreviaturasının tətbiqinə başlanılıb. Bundan əlavə, qanunvericilikdə
KOS-un meyarları ilə bağlı fərqli halların olduğu nəzərə alınaraq, vahid prinsiplərin tətbiqi məqsədilə müvafiq normativ hüquqi aktların layihələri hazırlanıb. Ölkədə sahəvi assosiasiyaların təşviqi ilə bağlı görülən tədbirlər çərçivəsində “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”nın və “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın təsis olunması dəstəklənib. Bundan əlavə, Quba-Xaçmaz iqtisadi rayonu üzrə Xaçmaz şəhərində, Aran iqtisadi rayonu üzrə Yevlax şəhərindəki
Regional İnkişaf Mərkəzlərində biznes inkubatorları yaradılıb, gənclər arasında sahibkarlıq ruhunun aşılanması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. KOS subyektləri arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, qadın sahibkarlığının inkişafı üzrə stimullaşdırıcı mexanizmlərin işlənməsi, biznes assosiasiyalarının hüquqi statusu ilə bağlı beynəlxalq təcrübə araşdırılıb.

Əsas problemlər:

- 2016-cı ildə TİT modelinin tətbiqi ilə əlaqədar zəruri normativ hüquqi aktların qəbul edilməsinə baxmayaraq, konkret layihələrin adıçəkilən model əsasında həyata keçirilməsinə başlanılmayıb;
- Mərkəzləşdirilmiş KOS agentliyinin, KOS subyektləri üçün özəl investisiyalara əsaslanan yeni özəl sənaye klasterlərinin, model müəssisənin, iflas reyestrinin, kredit zəmanət fondunun yaradılması istiqamətində işlər sürətli şəkildə getmir;
- Milli innovasiya siyasətinin tərkib hissəsi sayılan biznes inkubatorların yaradılması və təşkili mexanizmi beynəlxalq təcrübəyə uyğunlaşdırılmayıb, startap layihələrinin dəstəklənməsi istiqamətində iş Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada aparılmayıb.

Tövsiyələr:

- TİT modelinin tətbiqi ilə bağlı mövcud problemlər müəyyənləşdirilə və onların həlli istiqamətində konkret təkliflər hazırlana bilər. Bundan əlavə, nəzərdə tutulan infrastruktur layihələri üzrə hərtərəfli təhlil aparılaraq, TİT modeli əsasında icra edilə biləcək layihələr seçilə bilər;
- Qeyd edilən sahələrlə bağlı Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada tədbirlərin icrası sürətləndirilə bilər.

Bu xəbər oxundu
- - -