Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Milli Turizm Təbliğat Bürosu yenidən təşkil oluna bilər

11.09.17, 12:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin yanvar-iyun ayları ərzində icra vəziyyəti açıqlanıb.
Sənəddə əsas hədəflər kimi xarici turistləri daha çox cəlb etməklə Bakı şəhərinin turizm potensialının tam gerçəkləşdirilməsi, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılması, yerli və regional turistlər üçün regional turizm növlərinin inkişaf etdirilməsi, turistlərin məmnunluğunun artırılması məqsədilə milli turizm keyfiyyət sisteminin yaradılması göstərilib.
Ümumi nəticəyə nəzər saldıqda məlum olur ki, cari ilin ilk yarısında nəzərdə tutulmuş tədbirlərin 14%-i icra olunub, 56%-nin icrasına başlanılıb, 30%-nin isə icrasına başlanılmayıb.
Hədəflərə gəlincə, xarici turistləri daha çox cəlb etməklə Bakı şəhərinin turizm potensialının tam gerçəkləşdirilməsinin 17%-i icra olunub, 62%-nin icrasına başlanılıb, 21%-i icra olunmayıb. Bundan başqa, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasının 17%-i icra olunub, 38%-nin icrasına başlanılıb, 46%-nin icrasına başlanılmayıb, yerli və regional turistlər üçün regional turizm növlərinin inkişaf etdirilməsinin 9%-i icra olunub, 59%-nin icrasına başlanılıb, 32%-nin icrasına başlanılmayıb, turistlərin məmnunluğunun artırılması məqsədilə milli turizm keyfiyyət sisteminin yaradılmasının 11%-i icra olunub, 78%-nin icrasına başlanılıb, 11%-i isə icra olunmayıb.
Ümumilikdə, Strateji Yol Xəritəsində əksini tapmış prioritetlərin icra vəziyyəti ilə bağlı ilin ilk yarısında 42%-lik proqres müşahidə olunub.

Görülmüş işlər barədə qısa məlumat:

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin ilk 6 ayında ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 24% artım, həmin şəxslərin ölkədə bank kartları üzrə əməliyyatlarında isə 93% artım qeydə alınıb.
Turizm sektorunda qurumlar arasında koordinasiyanın təmin edilməsi məqsədilə Turizm Şurası, turizm sahəsində təbliğat-təşviqat tədbirlərinin daha mərkəzləşdirilmiş qaydada təşkili məqsədi ilə isə Milli Turizm Təbliğat Bürosu yaradılıb. Ölkəyə gələn turistlərin dövlət sərhədinin buraxılış məntəqələrindən sürətli keçidinin təmin olunması və viza sisteminin asanlaşdırılması üçün müvafiq normativ hüquqi aktlar qəbul edilməklə, sürətləndirilmiş elektron vizanın verilməsi müddəti 3 gündən 3 saatadək endirilib. Regionlarda turizm sektorunun inkişafı məqsədilə turizm və rekreasiya zonalarında bütün turizm xidməti obyektlərinin tikintisinə, eləcə də digər regionlarda 2-3 ulduzlu və "hostel" tipli yerləşdirmə vasitələrinin tikintisinə investisiya təşviqi sənədinin verilməsi yolu ilə həmin ərazilərə investorların cəlb edilməsi nəzərdə tutulub.
Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəsini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı" qəbul edilib. Bundan əlavə, ölkəmizə turist səfərlərinin sayının artmasına təkan verəcək birinci Bakı Ticarət Festivalı (Baku Shopping Festival) keçirilib.

Əsas problemlər:

- Milli Turizm Təbliğat Bürosunun fəaliyyətinin təşkili nəzərdə tutulduğu qaydada tam təmin edilməyib;
- Turizm sənayesinin maliyyələşdirilməsində çatışmazlıqlar mövcuddur.

Tövsiyələr:

- Beynəlxalq təcrübə nəzərə alınmaqla, Büronun yenidən təşkili həyata keçirilə və İdarə Heyəti təsis edilə bilər;
- Turizm sektoruna yerli özəl və xarici investisiya qoyuluşlarının artırılması istiqamətində işlər gücləndirilməlidir. Bu sahədə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər və əldə edilən nəticələr barədə rüblük əsasda hesabat hazırlana və aidiyyəti üzrə təqdim edilə bilər.

Bu xəbər oxundu
- - -