Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağ münaqişəsi region üçün əsas təhdiddir”

11.09.17, 15:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskası qəbul edib.Elmar Məmmədyarov Səfir Kestutis Yankauskası Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib. Səfir Kestutis Yankauskas fəaliyyəti dövründə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti mərhələsi ilə bağlı müzakirə aparılıb. Danışıqlar prosesinin konstruktiv və qarşılıqlı anlaşma şəraitində aparılmasından məmnunluq ifadə olunub. Aİ ilə Azərbaycan arasında enerji, nəqliyyat, mülki aviasiya və humanitar sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin region üçün əsas təhdid olduğunu deyən Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin region üçün əsas təhdid olduğunu deyən Elmar Məmmədyarovmünaqişənin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib.

Bu xəbər oxundu
- - -