Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Səfirlikdən təkzib gəldi

12.09.17, 8:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Polad Bülbüloğlunun Müslüm Maqomayevlə bağlı tədbirlərdə iştiraka qadağa qoyması barədə xəbərlər əsassızdır”

Azərbaycanın Rusiyadakı səfirliyi səfir Polad Bülbüloğlunun Müslüm Maqomayevlə bağlı tədbirlərdə səfirlik əməkdaşlarının iştirakına qadağa qoyması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Səfirliyin mətbuat xidmətindən bildirilib ki, bu xəbərlər yalan və böhtandır.
"Son dərəcə təəccüblüdür ki, bu kimi əsassız xəbərlər Azərbaycan Respublikasının YUNESKO-nun Baş direktoru vəzifəsinə irəli sürdüyü namizədinə qarşı Qərb mediasında ölkəmizə qarşı edilən hücumlarla eyni zamanda yayılır. Bu, onu deməyə əsas verir ki, ölkəmizə qarşı xarici qüvvələrlə yanaşı, bəzi daxili qüvvələr də hücum etməkdədir.
Bundan əlavə, vurğulayırıq ki, bir aydan artıqdır, Moskvada olmayan Polad Bülbüloğlu namizədliyi ilə əlaqədar mütəmadi olaraq xarici ölkələrə səfər edir, müvafiq görüşlər keçirir.
Polad Bülbüloğlunun Müslüm Maqomayevlə olan münasibətləri isə şəxsi xarakter daşıdığından bu məsələnin KİV-də işıqlandırılması ən azından qeyri-etikdir", - deyə məlumatda qeyd olunur.

Bu xəbər oxundu
- - -