Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ATƏT yalnız Şərqə baxır...”

12.09.17, 10:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru Günel Səfərova ATƏT-in Varşavada keçirilən İnsan hüquq və azadlıqlarına həsr olunan toplantısında çıxış edib. Günel Səfərova çıxışında erməni təxribatının qurbanı olmuş 2 yaşlı Zəhranın ölümündən danışıb, eləcə də ATƏT-in ikili yanaşmasını tənqid edib: "Tədbirdə məndən əvvəl çıxış edənlər söz azadlığının fundamental insan hüququ olduğunu vurğuladılar və müstəqil mass media haqqında kifayət qədər danışıldı. Azərbaycana qarşı saxta məlumatlar istusna olmaqla deyilən fikirlərin bir çoxu ilə razıyam. Qeyd etmək istəyirəm ki, Azərbaycanın ərazisi olan Qarabağa ATƏT-ə üzv ölkələrdən 120 jurnalist qanunsuz səfər edib. Maraqlıdı hansı maliyyə vəsaitiylə və Azərbaycan dövlətindən icazə almadan bu necə olur? Əgər jurnalist təhlükəsizliyindən danışılırsa, erməni silahlı qüvvələri 5 jurnalistimizi öldürüb və əlbəttə onların adı xarici hesabatlarda olmayacaq. Dinc sakinlərin öz evlərində ermənilər tərəfindən öldürülməsi faktı varsa, jurnalist təhlükəsizliyindən necə danışmaq olar? 2 yaşlı Zəhra və nənəsi öz evlərində ermənilər tərəfindən öldürüldü. Məncə, ATƏT yalnız Şərqə baxır, başını qaldırıb Qərbi görmür. Qərbdə ksenofobia, dini ayrıseçkilik və miqrantlara qarşı sərt davranışı kimsə görmür. Əgər biz problemləri konstruktiv yolla həll etmək istəyiriksə, ikili standartlardan qaçmalıyıq". Çıxış ermənilərə təsir etdiyindən, onların nümayəndəsi replika atıb: "5 jurnalistin ölümü normaldır. Siz hakimiyyəti dəstəkləyirsiniz". Günel Səfərova cavabında bildirib ki, çıxışımda yalnız ermənilərin qanun pozuntusundan danışıb: "Həqiqəti söyləmək sizi ifşadı".

Bu xəbər oxundu
- - -