Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan beynəlxalq arenada sülhpərvər siyasətin daşıyıcısıdır”

12.09.17, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Tofiq Abbasov: “Ölkə ən qəliz məsələlərin həllində kompromislər ruhunu üstün tutur”

“Blogerin azad edilməsiAzərbaycan tərəfindən böyük və yüksək qiymətə layiq humanist addımdır”. Bunu politoloq Tofiq Ababsov deyib. Onun sözlərinə görə, Lapşinin törətdiyi əməl onun tərəfindən başqa bir ölkəyə qarşı edilsəydi və o digər məmləkətdə cinayət məsuliyyətinə cəlb edilsəydi, inanmıram ki, onu əvf edərdilər: “Bu adamın aqibəti, ölkə rəhbəri İlham Əliyevin tərəfindən bağışlanması bir daha nümayiş etdirir ki, Azərbaycan beynəlxalq arenada sülhpərvər siyasətin daşıyıcısıdır. Ölkə ən qəliz məsələlərin həllində kompromislər ruhunu üstün tutur, çalışır ki, həlli asan olmayan problemlərdə belə orta məxrəc tapsın.
Əmin olmaq olar ki, prezident İlham Əliyevin bu xeyirxah addımı beynəlxalq birlik tərəfindən düzgün qiymətləndiriləcək. Yəni onu zəifliyin təzahürü kimi yox, böyüklüyün rəmzi kimi qəbul edəcəklər”.

Bu xəbər oxundu
- - -