Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Lapşinin əfvi Azərbaycan hökumətinin mövqeyini qətiyyən dəyişmir“

12.09.17, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Mən Azərbaycan Prezidenti İlham Əliyevin Lapşinin əfvi ilə bağlı qərarını yalnız alqışlaya bilərəm. Hazırda dünyada jurnalistlərin və bloqqerlərin təzyiqlərlə üzləşməsinə dair xəbərlərin artdığı bir zamanda bu qərar çox vacib idi" - bu fikirləri «Exo Moskva» radiosunun baş redaktoru Aleksey Venediktov Aleksandr Lapşinin əfvinə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, Azəraycan Prezidenti Dağlıq Qarabağ münaqişəsi və bu problemlə bağlı cərəyan edən hadisələrə həssaslıqla yanaşır: "Azərbaycanın dövlət başçısının bloqqerə münasibətdə əfv qərarı digər prezidentlər üçün də siqnal olmalıdır ki, əgər ölkənin milli təhlükəsizliyinə təhdid və ya qanunların bilrəkdən pozulması halları yoxdursa mərhəmət nümayiş etdirmək gərəkdir. Azərbaycan Prezidenti digər həmkarlarına mərhəmət nümayiş etdirmək nümunəsini göstərdi".
Rusiyalı jurnalist daha sonra vurğulayıb ki, Azərbaycan hökuməti Lapşinlə bağlı məsələdə bir daha göstərdi ki, işğal olunmuş ərazilərə qanunsuz səfərlər yolverilməzdir: "Lapşin bəraət almayıb, məhz əfv edilib. Əfv qərarı isə Azərbaycan hakimiyyətinin mövqeyini heç bir halda dəyişmir. İşğal altındakı ərazilərə səfər dünən də bu gün də qanundan kənardır. Hər kəs rəsmi Bakının bu siqnalını doğru anlayır. Düşünürəm ki, mərhəmət ədalətdən daha vacibdir. Ölkəsi silahlı münaqişə ilə üzləşmiş bir ölkənin Prezidentinin indiki qəddar zamanda mərhəmət nümayiş etdirməsi çox vacibdir.
İsrail Knessetinin deputatı Kseniya Svetlova Aleksandr Lapşinin əfvini iki dövlət arasında qurulmuş yaxşı münasibətlərin nəticəsi kimi dəyərləndirib. "RİA" Novosti-yə açıqlamasında israilli deputat deyib ki, bloqqerin əfv olunmasına çox sevinir: "Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu məsələ həllini tapdı. Lapşin heç kimin təhlükəsizliyi üçün təhdid törətmir.

Bu xəbər oxundu
- - -