Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Zakir Həsənov İsraildə milli qəhrəmanın qardaşı ilə görüşüb

12.09.17, 12:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkədə yaşayan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o cümlədən Albert Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlanıb. Bildirilib ki, Azərbaycanda yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim vətəni bilib, torpağı uğrunda döyüşüb, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda edib.
Rantik Aqarunov qardaşının xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə ailəsi adından Azərbaycan dövlətinə minnətdarlığını bildirib.

Bu xəbər oxundu
- - -