Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“PwC“ Vergilər Nazirliyi üçün seminar keçirib

13.09.17, 13:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

PwC şirkəti Microsoft ilə birgə Vergilər Nazirliyi üçün “Blokçeyn” texnologiyaları mövzusunda seminar keçirib. Şirkətdən verilən məlumata görə, PwC Qlobal Vergi İdarəetməsi üzrə Məsləhət Xidmətləri komandası və Microsoft şirkətindən olan mütəxəssislər seminar iştirakçılarına Vergi hesabatlarının vergi qanunvericiliyinə uyğun hazırlanması, iqtisadiyyatın rəqəmsallaşması sahəsində ən son tendensiyalar və onun vergi sistemi və idarəetməsinə təsiri ilə bağlı məlumat verib. Mütəxəssislər, həmçinin yeni texnoloji həll yollarından istifadə etməklə, effektiv vergi idarəetmə sisteminin yaradılmasına dair praktiki məsləhətlər verib. Seminarda xüsusilə məlumatların real iş rejimində daha geniş auditoriyaya çatdırılması, eləcə də vergi ödəyiciləri və vergi orqanlarının həmin məlumatların düzgünlüyünə etibar edə biləcəyi sistemin yaradılmasında Blokçeyn texnologiyasının imkanları müzakirə edilib. Seminarın proqramında PwC və Microsoft şirkətinin aparıcı ekspertləri otuzdan artıq vergi mütəxəssisinin də iştirak etdiyi interaktiv sessiyalar təşkil edib.
Texnoloji transformasiyanın tətbiqi PwC-nin Azərbaycanda və qlobal səviyyədə strateji prioritetlərindən biridir. Son zamanlar hökumət və biznes idarələri səmərəliliyinin artırılması, proseslərin təkmilləşdirilməsi və risklərin idarə edilməsi üçün texnologiyalardan istifadə edilməsinin dəyərini anlayır. PwC bildirir ki, bilik və təcrübəsini istifadə etməyə və rəqəmsallaşdırma prosesində Azərbaycanı dəstəkləməyə hazırdır.
PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz bu məqsədə müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərməklə nail oluruq. PwC-nin Bakı ofisində 6 ölkədən 130-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür. PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 223,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir.

Bu xəbər oxundu
- - -