Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ münaqişəsi Moskva-Bakı əməkdaşlığının möhkəmlənməsinə mane olur?

14.09.17, 10:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Dağlıq Qarabağ münaqişəsində "status-kvo"nun saxlanması Rusiyanı qane etmir".
Bunu rusiyalı politoloq, Geosiyasi Ekspertiza Mərkəzinin sədri Aleksandr Duqin bildirib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsi Moskva və Bakı arasında əməkdaşlığın möhkəmlənməsinə mane olur: "Lakin Rusiya bu münaqişədə sülhməramlı kimi çıxış edir. Mövcud vəziyyətin qorunub saxlanması Moskvanı qane etmir. Bu münaqişənin hərb yolu ilə həlli yoxdur".

Münaqişənin həlli yollarından danışan siyasi ekspert danışıqlar prosesində irəli addım atmağın vacib olduğunu qeyd edib: "Sözsüz ki, Ermənistan ilk növbədə işğal altındakı beş rayonu geri qaytarmalıdır. Bundan sonra danışıqları yenidən davam etdirmək lazımdır".
A. Duqin Rusiya və bütün dünya ictimaiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb: "Baxmayaraq ki, bu gün Qarabağa Ermənistan nəzarət edir, Rusiya və bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan bu gün möhkəmlənir. Regionda qüvvələr balansı dəyişir".

Bu xəbər oxundu
- - -