Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Daşkənddə “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub

14.09.17, 12:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Özbəkistandakı səfirliyimizin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Özbəkistandakı səfirliyimizin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Kitab haqqında məlumat verən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyib ki, nəşrdə diasporumuzun inkişafına töhfələr verən azərbaycanlılar haqında məlumatlar toplanıb.
Xaricdə yaşayan soydaşalarımızı yaşadıqları ölkənin ictimai-siyasi, mədəni həyatında fəal olmağa çağıran diplomat onların Azərbaycanda və digər ölkələrdə tanınması ilə bağlı belə kitabların çap edilməsinin zəruri olduğunu vurğulayıb.
Ulu öndər Heydər Əliyevin diasporla işə xüsusi diqqət verdiyini deyən səfir vurğulayıb ki, məhz ümummilli liderin təşəbbüsü ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb və bu istiqamətdə məqsədyönlü iş aparılır.
AMM-nin direktoru Samir Abasov qeyd edib ki, Səmərqənddə yaşayan maarifçi, pedaqoq Seyid Rza Əlizadə, şair Maqsud Şeyxzadə, tanınmış rəssam Yusif Hüseynov, heykəltəraş Eynulla Əliyev, şair İxtiyar Rza, Azərbaycanın və Özbəkistanın Xalq Artisti, opera rejissoru Firudin Səfərov və başqa ziyalılar qardaş Özbəkistanın elminin, mədəniyyətinin, ədəbiyyatının inkişafına öz töhfələrini veriblər.
Sonra müəllif Fuad Hüseynzadə kitabın hazırlanması prosesindən danışıb, topluya 175 müsahibə salındığını bildirib, təqdimat mərasimini keçirdikləri üçün səfirliyə və AMM-nə təşəkkür edib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, professor Gülbahar Aşurova, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin icraçı direktoru Firdovsi Hüseynov və başqaları xalqlarımız arasında olan tarixi dostluq əlaqələrindən danışıb, kitabın əhəmiyyəti haqqında məlumat verib, iki ölkə arasında ədəbi-mədəni münasibətlərdən, azərbaycanlıların Özbəkistan ictimai həyatında fəal iştirakından söhbət açıblar.

Bu xəbər oxundu
- - -