Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan əhalisi sürətlə azalır

20.09.17, 13:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Erməni miqrant: “Oğlanlarımın Qarabağda ölməsini istəmirəm”

Ermənistan əhalisi sürətlə azalmaqda davam edir. BMT-nin hesablamalarına görə, kütləvi miqrasiya, doğumun azalması və sürətli qocalma yaxın 15-20 il ərzində Ermənistan əhalisinin sayını 1,5-2 milyon nəfərə qədər azaldacaq.
Ermənistan Sosioloqlar Assosiasiyasının rəhbəri Qevorq Poqosyan son 20 il ərzində Ermənistanı 1,2 milyon insanın tərk etdiyini bildirib. Bu isə ölkə əhalisinin 33%-i deməkdir. Sovet dövrü ilə müqayisədə 2 dəfə geriləyən doğum göstəricisi də buna təsir göstərən amildir.
Yerevan küçələrində keçirilən rəy sorğuları isə əhalinin 46%-nin ölkəni tərk etməyi düşündüyünü göstərir. Vətəndaşların böyük əksəriyyəti Rusiyaya, az bir qismi isə Avropa və ABŞ-a köçür.
Yerli hüquq müdafiəçisi Georgi Vanyan 2016-cı ildə ölkəni 55 min insanın daimi olaraq tərk etdiyini bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən 1989-cu ildə 4,2 milyon əhalisi olan Ermənistanda indi 2,9 milyon sakin yaşayır və onların da 500 min nəfəri iş üçün Rusiya və digər ölkələrdə çalışanlardı.
İqtisadçı, Ermənistan Mərkəzi Bankının rəhbəri Baqrat Asatryan isə 2018-2019-cu illərdə Ermənistanın ciddi demoqrafik problemlərlə üz-üzə qalacağını bildirib. Onun fikrincə, hazırki ölkə rəhbərliyinin bu problemləri həll etmək üçün siyasi iradəsi və konkret planı yoxdur.
Vətəndaşların ölkə ərazisini tərk etməsinin daha bir səbəbi isə Qarabağdakı müharibə təhlükəsi ilə bağlıdır. Azərbaycanın hər an işğal altındakı torplaqlarını azad etməyə hazır olması düşmən ölkənin cəmiyyətini daim psixoloji basqı altında saxlayır.
Erməni KİV-nə açıqlama verən Anna Melkiyan adlı İrəvan sakini 14 və 12 yaşlı iki azyaşlı oğlu və əri ilə Kanadaya köçdüyünü və bu addımı atmasına səbəb kimi övladlarının Qarabağda xidmət etməsini istəmədiyini deyib.
Onun sözlərinə görə, xüsusən aprel döyüşlərindən sonra bu qərarı verməyə məcbur olub.
Ermənistan vətəndaşları get-gedə daha aydın şəkildə anlayırlar ki, Qarabağ münaqişəsi həll olunmadan və qonşu dövlətlərlə dostluq münasibətləri bərpa edilmədən rəsmi İrəvanın gələcəyi dumanlı olacaq.

Bu xəbər oxundu
- - -