Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İran öz tarixi imperatorluğunu bərpa etmək niyyətində deyil”

21.09.17, 13:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İran prezidenti Həsən Ruhani sentyabrın 20-də BMT Baş Məclisinin 72-ci sessiyasında çıxış edərək “tarixi İran imperatorluğu”ndan və nüvə sazişindən danışıb.
Ruhani, İsrail və regionun bir sıra ərəb ölkələrinin rəsmi Tehranın bölgədə “İran və ya şiə hilalı” formalaşdırmaq istədiyi barədəki iddialarını rədd edərək bu barədə yayılan məlumatları təkzib edib: “İran nə özünün tarixi imperatorluğunu bərpa etmək istəyir, nə də öz rəsmi məzhəbini bölgəyə hakim etmək niyyətindədir. Biz, nə də öz inqilabımızı zor gücü ilə ixrac etmək istəyirik. Bizim öz mədəniyyətimizin köklərinə, məzhəbimizin həqiqət olduğuna və inqilabımızın əsilliyinə o qədər inamımız var ki, heç vaxt onları yeni müstəmləkəçiliyin hədəfləri kimi əsgərlərin çiyinlərində ixrac etmək istəmirik və buna ehtiyac da görmürük”.
İran prezidenti öz çıxışında 5+1 qrupuna üzv ölkələrin İranla bağladığı nüvə sazişinə də münasibət bildirib: “Tərəflər arasında bu sazişin əldə olunması İranın dünya birliyi qarşısındakı sədaqətini göstərir. Bu saziş (Bərcam), 2 min saatdan çox intensiv və sıx danışıqların nəticəsi olaraq dünya birliyi və BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənib və bu Şuranın 2231 saylı qətnaməsinin bir hissəsinə çevrilib. Bu saziş, bir- iki ölkə arasında imzalanmış bir sənəd deyil. Bu razılaşma, BMT Təhlükəsizlik Şurasının sənədi olaraq bütün dünya birliyinə məxsusdur.
Məhz bunları nəzərə alaraq mən açıq şəkildə elan edirəm ki, İran İslam Respublikası bu sazişi pozan ilk ölkə olmayacaq. Əgər bu sənəd, siyasət aləminin adamı olmayan bəziləri (ABŞ prezidenti Donald Trampı nəzərdə tutur- red.) tərəfindən pozularsa və ya ləğv edilərsə, bizim buna reaksiyamız kəskin olacaq. Belə olduqda isə dünya, böyük bir fürsəti itirmiş olacaq. Lakin belə bir addım, İran İslam Respublikasını getdiyi inkişaf yolundan yayındıra və ya dayandıra bilməyəcək.
Hesab edirik ki, Amerikanın yeni hökuməti üzərinə götürdüyü beynəlxaq öhdəlikləri pozmaqla yalnız özünün dünyadakı imicinə zərbə vurur, müxtəlif dövlətlər və xalqların da ona etimadı azalır”.

Bu xəbər oxundu
- - -