Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan-İsrail əməkdaşlığı yüksək səviyyədə davam etdirilir”

22.09.17, 9:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Asim Mollazadə: “Qeyd edim ki, bu münasibətlər çoxşaxəlidir”


“Əslində, İsrailin baş naziri ilk dəfə deyil ki, mötəbər tribunadan Azərbaycana önəm verdiyini açıqlayır, Azərbaycan-İsrail münasibətlərini nümunə kimi təqdim edir. Cənab Netanyahu bundan öncə də, ABŞ, Avstraliyaya və digər ölkələrə səfəri zamanı Azərbaycanla dostluğu müsbət qiymətləndirib, ölkəmizi multukultral və dünyavi dəyərlərə malik ölkə kimi qeyd edib”.
Bunu İsrail Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycanla bağlı işlətdiyi müsbət fikirlərini şərh edən deputat Asim Mollazadə bildirib.
Politoloq əlavə edib ki, cənab Netanyahu bir sıra xarici səfərləri zamanı yəhudilərin Azərbaycanda rahat və firavan yaşadığını vurğulayıb:
“Mənə elə gəlir ki, bu öz-özlüyündə Azərbaycanın çox mühüm dəyərlərə malik olduğu və dünya tərəfindən ölkəmizə verilən qiymətin təzahürüdür”. Mollazadə bildirib ki, Azərbaycan-İsrail əməkdaşlığı yüksək səviyyədə davam etdirilir: “Qeyd edim ki, bu münasibətlər çoxşaxəlidir. Bu iki ölkənin münasibətləri qarşılıqlı maraqlar və tarixi əlaqələr əsasında güclənir. Hesab edirəm ki, bu münasibətlərdən də hər iki ölkə faydalanır. Mən İsrail baş nazirinin BMT tribunasından etdiyi çıxışı və Azərbaycanın adını xüsusilə qeyd etməsini mühüm əhəmiyyət kəsb edən məqam kimi qiymətləndirirəm”.
Bununla belə, müsahibimiz qeyd edib ki, Netanyahunun ali tribunada Azərbaycan dövlətinin adını vurğulaması erməni siyasi baxışlarına görə, arzuedilən olmayıb: “Ancaq iş ondadır ki, İran parlamentində təmsil olunan bir deputat deyib: biz Ermənistanla bir millət, iki dövlətik və hər bir sahədə ciddi əməkdaşlıq edirik. Ancaq biz bilirik ki, Orta Şərqdə yaşayan erməni diasporu, hətta erməni hərbi qüvvələri xrisitianlara və yəhudilərə qarşı savaşır”.
Xatırladaq ki, İsrail Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycan və Qazaxıstanla yaxın əlaqələrə malik olduğunu bəyan edib:
“İsrail Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə əməkdaşlığı genişləndirib. Biz Azərbaycan və Qazaxıstandakı müsəlman dostlarımızla əməkdaşlığımızı genişləndirmişik”.

Bu xəbər oxundu
- - -