Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Biz müasir inkişafa iki fərqli yanaşmanı görürük”

22.09.17, 9:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında söylədiyi fikirlər Ermənistan hakimiyyətinə tutarlı cavab oldu”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, dövlət başçısı bu çıxışı ilə bir daha Ermənistanın işğalçı siyasətinə beynəlxalq təşkilatların biganə yanaşdığını, ikili standartların yeridildiyini beynəlxalq ictimaiyyətə çatdırdı: "Bununla yanaşı, prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafda qazandığı nailiyyətlərlə bağlı sessiya iştirakçılarına məlumat verdi. Prezident İlham Əliyev bir daha təsdiq etdi ki, Azərbaycan müstəqillik və dövlət quruculuğunda düzgün yol seçib". A.Mirzəzadə bildirib ki, prezident İlham Əliyevin çıxışında həmçinin Azərbaycanın bölgədə sülhün bərqərar olması, insanların təhlükəsiz yaşaması üçün çalışdığı bəyan olundu: "Bütün bunlar hamısı Azərbaycanın beynəlxalq hüquq normalarına yüksək hörmətinin göstəricisidir. Dövlət başçısı bununla da nümunəvi Azərbaycan standartı yaratdığını sübut etdi. Prezident İlham Əliyevin çıxışını bir gün əvvəl eyni kürsüdən səslənən Ermənistan prezidentinin də çıxışı ilə müqayisə etsək, biz müasir inkişafa iki fərqli yanaşmanı görürük. Birində hüquq, demokratiya, insan hüquqlarının təmin olunması, digərində isə orta əsrlər təfəkkürü, zorakılıq, bəşəriyyətə qarşı savadsız cinayət görünürdü. Hesab edirəm ki, prezident İlham Əliyev öz çıxışında Ermənistana xəbərdarlıq etdi".
A.Mirzəzadə bildirib ki, prezident İlham Əliyevin çıxışı həm sessiyanın ruhuna uyğun idi, həm də Sarkisyanın iftira dolu çıxışına tutarlı cavab oldu: "Sessiya iştirakçıları bununla Azərbaycanın haqq işi üçün çalışdığının bir daha şahidi oldu. Ermənistan prezidentinin iftira dolu çıxışı isə onu beynəlxalq aləmdə bir daha çox gülünc vəziyyətə qoydu".

Bu xəbər oxundu
- - -