Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Urmu gölü dərsliklərdən silinir

22.09.17, 13:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Urmiyənin İran pralamentindəki millət vəkili Nadir Qazipur Urmu gölünün məktəblilərin dərsliyindən silinməsinə etiraz edib.
Millət vəkili bu barədə sentyabrın 21-də sosial şəbəkəsi səhifəsində bir görüntü yayaraq İran coğrafiyası xəritəsində Urmu gölünə yer verilmədiyi, daha doğrusu gölü əks etdirən təsvirinin silindiyini bildirib.
Millət vəkili ölkə xəritəsində Urmu gölünün yer almamasına etiraz edərək bildirib ki, “Təhsil Nazirliyi rəsmiləri İran İslam Cümhuriyyətinin xəritəsindən Urmu gölünün silinməsi ilə bağlı cavabdehlik daşıyır. Hər kəs bilməlidir ki, bu iş hansı fikir otağının məsləhəti ilə həyata keçirilib!?
“Biz millət vəkilləri olaraq bu məsələni boş buraxmayacayıq. Kimsəyə pərdə arxasında bizim qırmızı xəttimiz olan Azərbaycan və Urmu gölünə zərbə vurmağa imkan verməyəcəyik”- deyə Nadir Qazipur əlavə edib.
İranda təhsil ocaqlarının açılışı ərəfəsində sosial şəbəkələrdə də məktəb dərsliklərinə aid müxtəlif görüntülər yayılır, görüntülərdə Urmu gölünün dərsliklərdən silindiyi müşahidə olunur.
Bundan öncə isə Sənədlərin Qeydiyyatı İdarəsinin mülkiyyətlə bağlı sənədlərinin fonundakı təsvirdə Urmu gölü ləğv olunmuşdur.
Göldə isə böhran getdikcə dərinləşir. Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmilərinin dediyinə görə, göldə suyun səviyyəsinin aşağı düşməsi prosesi davam edir, gölün sulu sahəsi isə 90 faizdən çox kiçilib. Vəziyət belə davam edərsə ətraf bölgələrdə yaşayan 14 milyon azərbaycanlının gələcək həyatı Urmu gölü böhranından dolayı ciddi təhlükə ilə üz-üzə qalacaq. Dövlət gölün canlandırılması uğrunda hər hansı əməli tədbir görmədiyi üçün gölün canlandırılmasına olan ümidlər də artıq tükənməkdədir.

Bu xəbər oxundu
- - -