Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib”

22.09.17, 14:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” adlı Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən Ermənistan parlamentinin deputatı Mane Tandilyan ölkəsində gender bərabərliyinin vəziyyətindən danışıb.
O, Ermənistanda gender bərabərliyinin qanunvericilikdə əksini tapdığını, mərkəzi inzibati strukturlarda da bu sahədə problem olmadığını deyib.
Mane Tandilyan buna misal olaraq Ermənistanda kənd təsərrüfatı sahəsində çalışanların 50 faizdən çoxunun qadın olduğunu bildirib.
Bununla belə, erməni deputat deyib ki, Ermənistan parlamentində qadınların sayı Gürcüstandakından azdır: “Yerlərdə inzibati orqanlarda, siyasi partiyalarda da qadınların sayı azdır. Biz artıq şərt kimi irəli sürürük ki, siyasi partiyalarda qadınların sayı artsın.
Bizdə eyni zamanda fahişəliklə mübarizəyə də önəm verilir. Çünki bu, zərurətə çevrilib. Eyni zamanda selektiv abortların qanunla qadağan edilməsi təklifini də irəli sürmüşük. Bizdə təəssüf ki, hələ məişət zorakılığı ilə bağlı qanun yoxdur, amma planlaşdırmışıq ki, yaxın zamanda müzakirəyə çıxarılsın”.

Bu xəbər oxundu
- - -