Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ombudsmanlar müsəlman ölkələrindəki müharibələri müzakirə ediblər

25.09.17, 14:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının və Aralıq Dənizi Ombudsmanlar Birliyinin təşkilatçılığı ilə 50 ölkənin ombudsmanı və insan haqları təmsilçilərinin qatıldığı Beynəlxaq Ombudsmanlar Konfransı öz işinə başlayıb.
Tədbiri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan açaraq ombudsmanları bir yerə toplamaqda məqsədin dünyada insanlığı narahat edən problemləri, günahsız şəkildə qətl edilən uşaqları, müsəlman ölkələrində davam edən müharibələri, insanlıq adına mövcud olan bütün gərginlikləri gündəmə gətirmək və bu problemlərin həlli üçün çalışmaqdan ibarət olduğunu deyib.
Bundan sonra müzakirələr Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın idarəçiliyi ilə davam etdirilib. Suriya, İraq, Hindistan, Afirka ölkələri, İndoneziyadan konfransa qatılan ombudsmanlar sözügedən çoğrafiyadakı vəziyyətdən danışıb, əzilən, döyülən, öldürülən insanların haqlarını müdafiə edən təşkilatların səssizliyindən şikayətləniblər.
Konfransda Azərbaycan dövlətinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarına göstərdiyi diqqət və qayğı başqa ölkələrə nümunə kimi göstərildi.
Ombudsmanlar Arakanda dünyanın səssizcə izlədiyi qətliamla bağlı həssaslıqlarını dilə gətirib və bu məsələnin beynəlxalq arenada müzakirəsini tələb ediblər.
Tədbir sentyabrın 26-dək davam edəcək.

Bu xəbər oxundu
- - -