Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kəmaləddin Heydərov Samuxda vətəndaşları qəbul edəcək

25.09.17, 15:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 29-da Samux şəhərində vətəndaşları qəbul edəcək.
Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, qəbul Samux şəhərindəki Heydər Əliyev Mərkəzində saat 11.00-dan keçiriləcək. Qəbulda yalnız Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Samux şəhərində Heydər Əliyev Mərkəzində 28 sentyabrda saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Bu xəbər oxundu
- - -