Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İran və Rusiya prezidentləri arasında telefon danışığı olub

25.09.17, 15:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sentyabrın 25-də İran və Rusiya prezidentləri Həsən Ruhani və Vladimir Putin arasında telefon danışığı olub. Telefon söhbətində prezidentlər, iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafından danışaraq, regiondakı vəziyyəti və İraq Kürdistanında keçirilən referendumu müzakirə ediblər.
Telefon söhbətində, Ruhani, Tehranla Moskva arasında inkişafda olan əlaqələrin əhəmmiyyətini xüsusi vurğulayaraq, İran, Rusiya və Azərbaycan Respublikası prezidentlərinin üçtərəfli əlaqələri müzakirə etmək üçün yaxın günlərdə Tehranda keçiriləcək görüşündən danışıb: “Biz İran, Rusiya və Azərbaycan Respublikası arasındakı üçtərəfli əlaqələrə böyük önəm verir, qarşıda keçiriləcək iclasda hər üç ölkənin diqqət və maraq dairəsində olan məsələləri gündəmə gətirəcəyik. Suriya məsələsində biz ciddiyik və hesab edirik ki, hazırda bütün dünyanın gözü Astana danışıqlarına və bizim Suriya məsələsində konstruktiv birgə əməkdaşlığımıza dikilib.

İran İslam Respublikası üçün əhəmmiyyət daşıyan digər məsələlərdən biri də regionda sərhədlərin dəyişməməsi və ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılmasıdır. Bu mənada, bölgənin təhlükəsizliyi, eləcə də İraqın milli birliyinin və onun ərazi bütövlüyünün qorunub saxlanılması bizim üçün çox önəmli olduğu halda həm də həyati bir məsələdir. Elə buna görə də hesab edirik ki, ölkələrimizin bu sahədə birgə əməkdaşlığı və onların bəzi məsələləri bir-biri ilə koordinasiya etməsi mühümdür, bu isə daha böyük təsir gücünə malik ola bilər”.
Telefon danışığında, Moskvanın Tehranla əlaqələri genişləndirməkdə qərarlı olduğunu bildirən Rusiya prezidenti Vladimir Putin deyib ki, iki ölkə arasında həyata keçirilən layihələrin icrasının sürətləndirilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə təkan verə, ona yardım edə bilər. O bildirib ki, İran, Rusiya və Azərbaycan Respublikası prezidentlərinin Tehranda keçiriləcək növbəti görüşündə, üçtərəfli əlaqələrin gücləndirilməsi üçün bir sıra məsələlər barədə ətraflı danışıqlar aparılacaq”.

Bu xəbər oxundu
- - -