Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qarabağ”ın güclü və zəif cəhətləri

26.09.17, 12:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İtaliya mətbuatı Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Roma” ilə qarşılaşacaq “Qarabağ” barədə maraqlı məqalə hazırlayıb. İtalyanlar Ağdam təmsilçisinin güclü və zəif cəhətlərinə toxunublar. 1993-cü ildə ermənilər tərəfindən Ağdamın işğal edildiyini və bu səbəbdən “Qarabağ”ın yurdsuz qaldığını vurğulayan həmkarlarımız komandanın Bakıda məskunlaşdığını yazıblar.
Azərbaycan çempionunun üstün tərəfi 4-3-3 sistemində oynaması və hücum futbolu sərgiləyərək, rəqiblərini öz qapısına sıxması göstərilib. Ən yaxşı oyunçular da ispaniyalı yarımmüdafiəçilər – Dani Kintana və Miçel hesab edilir. “Qarabağ”ın zəif tərəfi kimi isə topsuz oynamaqda və müdafiə olunmaqda çətinlik çəkməsi göstərilib. Bu üzdən italyanlar “Roma”ya hücumameyilli çıxış etməyi, rəqibi topsuz qoymağı məsləhət görüblər. Çünki onlar “Qarabağ”a top verəcəyin təqdirdə, çətinliklə üzləşəcəyini düşünürlər.
Yerli KİV ağdamlıların baş məşqçisi Qurban Qurbanovu da unutmayıblar. Həmkarlarımız rəqibin ən təhlükəli simasının məhz Qurbanov olduğunu vurğulayıblar və maraqlı bənzətmə ediblər: “Çelsi”, “Roma” və “Atletiko” ilə müqayisədə qrupun ən az tanınan komandasını “kosmonavt” Qurbanov hazırlaşdırır”. Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Qarabağ” – “Roma” görüşü Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bu xəbər oxundu
- - -