Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rəşad Sadıqov: “Mənə hələ tam məşqçi demək olmaz”

27.09.17, 12:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Məşqçi kimi qarşınıza ilk dəfədi çıxıram. Mənə hələ tam məşqçi demək olmaz. Düzdü, bu komandanı mən çalışdırıram. Xoş, qəribə və öyrəşmədiyim hisslərdi”. Bunu “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Rəşad Sadıqov deyib. Gənclər Liqasının Çempionlar yolunda II matçını “Roma”ya qarşı keçirən Ağdam təmsilçisinin U-19 komandası meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Sadıqov fikrini bu sözlərlə davam etdirib: “Erkən qol buraxdıq. Uşaqlarda həyəcan hiss olunurdu. İkinci hissədə komandamız əzmkarlıq göstərdi, yaxşı futbol oynadı. Sadəcə, rəqibin ustalığı və təcrübəsi öz sözünü dedi”. Sadıqov məğlubiyyətin səbəbini italyanların ustalığının yüksək səviyyədə olmasında görür: “Çelsi” ilə matçda bir az fərqli sistemlə oynayırdıq. Londonda daha ehtiyatlı davranırdıq. Burda isə yaxşı nəticə qazanmağa çalışırdıq. İlk matçda oyunumuzu müdafiədən qurmuşduq. Burda isə hücumlara çıxmaq istəyirdik. Şikayət etmək istəmirəm. Keçənilki komandadan cəmi 1 nəfər qalıb. Təzə kollektiv qurmuşuq. Yeni oyunçulardan da cəmi 8-ni istifadə edə bilirik. Heyətimizdə isə 13-14 yeni oyunçu var. Hamısından yararlana bilmirəm. UEFA-nın qaydası var ki, 8 nəfər öz yetirməmiz olmalıdı. Bu yaş qrupu da bizdə keçən il olmayıb. Bir az bu baxımdan çətinlik çəkirik. Əimizdən gələni edirik ki, komanda oyuna yaxşı çıxsın. Bu rəqib 3 gün əvvəl “Yuventus” üzərində səfər qələbəsi qazanmışdı. Ustalıq öz sözünü deyir”.

Bu xəbər oxundu
- - -