Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan musiqisi Niderlandda tanıdılır

28.09.17, 9:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyəti bəstəkar, Azərbaycanın xalq artisti Tofiq Bakıxanovun musiqi əsərlərini Hollandiyanın Haaqa və Groningen konservatoriyalarına təqdim edib. Cəmiyyətin sədri Frəngiz Bağırova bildirib ki, Azərbaycan musiqini yerli musiqi ictimaiyyətinə tanıtmaq və təbliğ etmək məqsədilə T.Bakixanovun orkestr, fleyta və piano üçün əsərləri Hollandiyanın iki ən böyük musiqi ocağına verilib. Onun sözlərinə gorə, Azərbaycanın görkəmli bəstəkarının əsərləri böyük maraqla qarşılayan Haaqa və Groningen konservatoriyalarının rəhbərliyi Tofiq Bakıxanova təşəkkür məktubu ünvanlayıblar.
“Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyəti Hollandiyada Azərbaycanı, onun tarixini, mədəniyyətini, musiqisini gənc nəslə tanıtmaq məqsədilə belə layihələri davam etdirmək niyyətindədir. Belə ki, yaxın vaxtlarda Azərbaycan musiqisinin digər görkəmli nümayəndələrinin əsərlərini ölkənin musiqi təhsili verən məktəblərinə, həmçinin kitabxanalarına təqdim etməyi planlaşdırır.
Qeyd edək ki, artıq 10 ildir fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti bu müddət ərzindəölkəmizin Avropanın aparıcı dövlətlərindən biri olan Niderlandda tanıdılması istiqamətində müxtəlif tədbir və konsertlər təşkil edib, uğurlu layihələrə imza atıb.

Bu xəbər oxundu
- - -