Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işinə başlayıb

28.09.17, 10:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasıi öz işinə başlayıb. Saat 10.30-da Bakı İdman Sarayında sərginin açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə Mədəniyyət və turizm nazirir Əbülfəs Qarayev açıb. Qonaqları salamlayan nazir havanın soyuqluğuna baxmayaraq insanların kitabla bağlı tədbirə gəlməsini yüksək qiymətləndirdi.
Nazir sərgi və tarixi nəşrlər haqqında qonaqlara məlumatlar verdi, kitabın əhəmiyyətindən danışdı. Əbülfəs Qarayev son dövrlərdə kitab sahəsinin inkişafı üçün görülən işlərdən danışdı. Qeyd etdi ki, müasir texnologiyalar nə qədər inkişaf etsə də, biliyin və mənəviyyatın mənbəyi kitabdır: "Prezidentin sərəncamı ilə kiril əlifbasıilə çıxan kitabların latın qrafikası ilə yenidən çapı mədəniyyət sahəsində, kitab sahəsində böyük hadisədir. Yenə də ölkə başçısının sərəncamı ilə 150 cildlik dünya ədəbiyyatı toplusunun nəşri olduqca ciddi hadisədir. Bu gün artıq kitabla bağlı beynəlxalq sərgilər keçirilir. Azərbaycan ədəbiyyatı kitab dünyasına çıxır. Sevindirici haldır ki, Azərbaycan ədəbiyyatı dünyada nəşr olunur müasir yazıçılarımızın əsərləri səhnələşdirilir, filmlər çəkilir. Deməli, çağdaş ədəbiyyatımız çox güclüdür və yaşayır”
Nazir bu ilin uşaq ədəbiyyatı ili elan olunmasını qeyd etdi və uşaq ədəbiyyatı ilə bağlı çoxlu kitablar çap olunması haqda məlumat verdi. Yeni layihələr haqqında danışdı: “Bu yaxında Azərbaycan və Türkiyə arasında Azərbaycan ədəbiyyatının türkcəyə tərcümə olunması və kitabların Türkiyə kitabxanalarına və kitab şəbəkələrinə paylanması haqda müqavilə bağlayıb. Kitab sahəsində müasir baxışa artıq ehtiyac var. Yeni nəşriyyatlarla əlaqələr qurmaq lazımdır və qurulur da. Bu o deməkdir ki, Azərbaycanda kitab yaşayır və yaşayacaqdır.”
Nazir üç gün davam edəcək sərgidə 40-dan artıq xarici nəşriyyatın iştirak etdiyini, sərgi çərçivəsində təqdimatlar, müzakirələr, dəyirmi masalar keçiriləcəyini söyləyib.
Daha sonra çıxış üçün söz baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyevə verilib. O, kitab bayramı münasibətilə hər kəsi təbrik edib: “Bu gün kitabın bayramıdır. Xalqın formalaşmasında intellektual mədəni səviyyəsinin yüksəlməsində kitabın fövqəladə rolu var. Bizim xalqın kitaba böyük məhəbbəti var. Bu sərgi həm də Azərbaycan ədəbiyyatının, Azərbaycan dilinin təbliği deməkdir.Əbülfəs bəyin qeyd etdiyi kimi, sərgidə 40-dan çox ölkənin nəşriyyat nümayəndəsi iştirak edir. Hesab edirəm ki, gələcəkdə də bu sərgilər davam edəcək və bu gün 40 ölkədən nümayəndə iştirak edirsə gələcəkdə ölkələrin sayı 140 olacaq”.

Bu xəbər oxundu
- - -