Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Urmu gölünün təsviri dərsliklərdən silinib”

28.09.17, 12:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur ölkənin Təhsil naziri Seyid Məhəmməd Bəthaiyə məktub yazaraq Urmu gölünün məktəb dərsliklərindən silinməsinin səbəbini soruşub.
Məktubda nazirliyin Urmu gölünə münasibəti sərt tənqid olunub: “Bəzi ölkələr, o cümlədən Avstraliya insanın təbiətə müdaxiləsinin nəticəsini izah etmək məqsədi ilə Urmu gölünün quruması hadisəsini dərsliklərə salıblar. Belə bir halda Təhsil Nazirliyi Urmu gölünün təsvirini iranlı şagirdlərin dərsliklərindən silir, göl hələ qurumamış onun adı və təsviri qurudulur.
Nə üçün bu işlərinizlə yeni nəsilin təhsil sisteminə müdaxilə edirsiniz?!
Urmu gölü təkcə Azərbaycan üçün deyil, bütün İran üçün dəyərli təbiət mirası idi. Lakin bu dəyərli miras insan müqdaxiləsi nəticəsində məhv olmaq üzrədir. Məsullar Urmu gölünün canlandırılması üçün büdcə vəsaiti də daxil olmaqla müxtəlif vədlər veriblər, təəssüflə bu vədlərin əksəriyyəti yerinə yetirilməyib.
İndi görürük ki, Urmu gölünün təsviri belə dərsliklərdən silinib! Bölgə əhalisi nazirdən bu zəmində qaneedici cavab gözləyir”- deyə məktubda qeyd olunub.
Nadir Qazipur sentyabrın 21-də sosial şəbəkəsi səhifəsində bir görüntü yayaraq məktəb dərsliklərində İran coğrafiyası xəritəsində Urmu gölünə yer verilmədiyi, daha doğrusu gölü əks etdirən təsvirin silindiyini bildirmişdir.
Millət vəkili ölkə xəritəsində Urmu gölünün yer almamasına etiraz edərək bildirib ki, “Təhsil Nazirliyi rəsmiləri İran İslam Cümhuriyyətinin xəritəsindən Urmu gölünün silinməsi ilə bağlı cavabdehlik daşıyır. Hər kəs bilməlidir ki, bu iş hansı fikir otağının məsləhəti ilə həyata keçirilib!? Biz millət vəkilləri olaraq bu məsələni boş buraxmayacayıq. Kimsəyə pərdə arxasında bizim qırmızı xəttimiz olan Azərbaycan və Urmu gölünə zərbə vurmağa imkan verməyəcəyik”.

Bu xəbər oxundu
- - -