Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsindəki tədbirlərin 17%-i icra olunub

02.10.17, 12:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"ndə müəyyən edilmiş tədbirlərin 17%-i icra olunub, 38%-nin icrasına başlanılıb, 45%-nin icrasına isə ümumiyyətlə başlanılmayıb. Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib. Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilib ki, kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi üzrə tədbirlərin 40%-i icra olunub, 20%-nin icrasına başlanılıb, 40%-nin icrasına başlanılmayıb, dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması üzrə tədbirlərin 16%-i icra olunub, 47%-nin icrasına başlanılıb, 37%-i icra olunmayıb, səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması üzrə tədbirlərin 40%-i icra olunub, 40%-nin icrasına başlanılıb, 20%-nin icrasına başlanılmayıb, dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması üzrə tədbirlərin 25%-i icra olunub, 33%-nin icrasına başlanılıb, 42%-nin icrasına başlanılmayıb.
Tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, yüksəksəviyyəli su idarəetmə strukturunun yaradılması, su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi üzrə tədbirlərin heç biri icra olunmayıb. Əsas icraçı qurumların performansına gəlincə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") cari ildə 1 tədbirin icrasına məsul olub ki, onu da hesabat dövründə icra edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də 1 tədbirin icrasına məsul olub, lakin onu icra etməyib.

Bu xəbər oxundu
- - -