Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

22 rayon mərkəzinin qaz təchizatı üçün 5 milyard manat tələb olunur

03.10.17, 11:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Hazırda ən yüksək qaz itkisi olan 22 şəhər və rayon mərkəzlərinin qaz təchizatı sistemlərinin köklü surətdə yenidən qurulması üçün tələb olunan investisiya qoyuluşu hesablanıb. Bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi” üzrə yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir. Bildirilir ki, qaz şəbəkəsinin mövcud vəziyyəti və qaz itkiləri təhlil olunub, Qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə “İnkişaf planı” sənədi hazırlanıb. Sənədə əsasən çəkiləcək yeni qaz xətlərinin ilkin uzunluğu, yeni şəbəkənin əhatə edəcəyi abonentin ehtimal olunan sayı əsas icra göstəriciləri hesab olunmaqla, Bakı şəhəri və Abşeron rayonunun (1-ci layihə), hazırda ən yüksək qaz itkisi olan 22 şəhər və rayon mərkəzlərinin (2-ci layihə) qaz təchizatı sistemlərinin köklü surətdə yenidən qurulması üçün tələb olunan investisiya qoyuluşu hesablanıb, texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli kimi qiymətləndirilən yaşayış məntəqələrinin adlı siyahısı müəyyən edilib və onların qazlaşdırılması (3-cü layihə) üçün də tələb olunan investisiya qoyuluşu hesablanıb.
Hesabatda qeyd edilir ki, “Mövcud şəbəkənin ümumi qiymətləndirilməsi. İnkişaf planı” sənədi “Azəriqaz” İB tərəfindən hazırlanmış, SOCAR tərəfindən məktubla Energetika Nazirliyinə və İqtisadiyyat Nazirliyinə təqdim olunub. Qeyd olunan sənəddə şəbəkənin mövcud vəziyyəti və qaz itkiləri təhlil olunub, qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması üçün Bakı şəhəri və Abşeron rayonunun (1-ci layihə), hazırda ən yüksək qaz itkisi olan 22 şəhər və rayon mərkəzlərinin (2-ci layihə) qaz təchizatı sistemlərinin köklü surətdə yenidən qurulması üçün tələb olunan investisiya qoyuluşu hesablanıb, texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli kimi qiymətləndirilən yaşayış məntəqələrinin adlı siyahısı müəyyən edilib və onların qazlaşdırılması (3-cü layihə) üçün də tələb olunan investisiya qoyuluşu hesablanıb. İlkin hesablamalara əsasən, 1-ci və 2-ci layihələr üçün 4870,0 milyon manat, 3-cü layihə üçün isə 317,0 milyon manat investisiya qoyuluşu tələb olunacaq. Layihə-smeta sənədləri hazır olduqdan sonra investisiyanın məbləği dəqiqləşdiriləcək. Qeyd olunan həcmdə investisiya qoyuluşları “Azəriqaz” İB-nin maliyyə imkanları xaricindədir. Bununla bağlı olaraq proqramların maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsinə və müvafiq dövlət dəstəyinə ehtiyac var.

Bu xəbər oxundu
- - -