Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bu il Nobeli kimə verəcəklər?

03.10.17, 12:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu il Nobel Ədəbiyyat mükafatının veriləcəyi tarix açıqlanıb.
Qalib oktyabrın 5-i Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq.
Məlumat üçün bildirək ki, 2017-ci il Tibb üzrə Nobel mükafatının sahibləri artıq bəlli olub.
Digər sahələr üzrə qaliblərin açıqlanacağı vaxtlar da bəllidir; kimya üzrə mükafatın sahibi 4 oktyabr, sülh üzrə mükafatın sahibi isə 6 oktyabr tarixində açıqlanacaq.
Xatırladaq ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatı digər mükafatlara nisbətən gecikdi. Bunu İsveç Akademiyasında gedən gərgin polemikalara bağlayırdılar. Bu il isə yuxarıda da qeyd etdiyimiz kimi ədəbiyyat üzrə mükafatın verilmə tarixi artıq bəlli olub. Görünür, İsveç Akademiyasının nümayəndələri bu dəfə mükafatı kimə verəcəkləri barədə yekdil qərara gələ biliblər.
Bəs görəsən ədəbiyyat üzrə builki qalib kim olacaq? Həmişəki kimi bukmeker kontorları yenə öz ehtimallarını təqdim ediblər.
Böyük Britaniyanın “Ladbrokes” bukmeker kontorunun bugünkü nəticələrinə görə hələlik Keniya yazıçısı Nququ va Thionqo 5.00 əmsalla birinci yerdədir.
Yapon yazıçı Haruki Murakami 6.00 əmsalla ikinci, Kanada yazıçısı Marqaret Ətvud 7.00 əmsalla üçüncü yerdədir.
İsrailli yazıçı Amos Oz 11.00 əmsalla, suriyalı şair Adonis (Əli Əhməd Səid Əsbar) 13.00 əmsalla, italiyalı yazıçı Kladio Maqris 11.00 əmsalla ilk onluqda qərarlaşıblar.
Hər birinə 15.00 əmsal verilən çin yazıçı Yan Lianke ilə amerikalı postmodernist Don Delillo yeddinci və səkkizinci yerləri bölüşdürürlər.
Çex Milan Kundera (51.00), amerikalı yazıçılar Filip Rot (26.00), Coys Kerol Oats (26) və Tomas Pinçon(67), avstriyalı Peter Hendke (26), ispan Enrikue Vila-Matas (67) və britaniyalı Salman Rüşdi (81.00) onluqdan kənarda qalıblar.
İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi Nobel Ədəbiyyat Mükafatının keçən il dünyada daha çox musiqiçi kimi tanınan amerikalı Bob Dilana verilməsi ədəbi dairələrdə narazılığa səbəb olmuşdu.

Bu xəbər oxundu
- - -