Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ölkəmiz Daşkənddə beynəlxalq turizm yarmarkasında təmsil olunub

04.10.17, 11:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Daşkənddəki “Uzekspomərkəz” sərgilər salonunda “İpək Yolu ilə turizm” 23-cü Beynəlxalq Turizm Yarmarkası keçirilib. Tədbirdə Azərbaycan da daxil olmaqla, 28 ölkədən turizm şirkətləri, otellər, bu sahənin mütəxəssisləri iştirak edib. Sərginin açılışında Özbəkistanın turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov ölkənin turizm potensialı, inkişaf edən turizm sənayesi, son zamanlar turizmin inkişafı istiqamətində Özbəkistanda həyata keçirilən yeni layihələr, infrastrukturun yenilənməsi, xarici turistlərin ölkəyə cəlb edilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Deyilib ki, Özbəkistana gələn xarici turistlərin sayı 2,4 milyon nəfərə çatıb.
Sərgidə bu ölkələrdən gələn turizm şirkətləri və otellər öz məhsullarını nümayiş etdirib, hazır turpaketlər təqdim olunub. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış stenddə ölkəmizin 3 turizm firması öz turpaketlərini təqdim edib. Azərbaycan stendinə maraq böyük olub.
Qeyd edək ki, səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən aparılan təbliğat işlər nəticəsində son zamanlar ölkəmizə səfər edən özbək turistlərin sayında xeyli artım olub. Aparılan sorğulara əsasən özbək turistlər əsasən Naftalan müalicəvi sanatoriyalarına, Bakı və Qəbələyə daha çox maraq göstərirlər. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev sərgidə iştirak edib, Azərbaycanın stendinə baxıb.

Bu xəbər oxundu
- - -