Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənilərin hərbi maşını qəzaya düşüb

04.10.17, 13:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son vaxtlar Ermənistan ordusunda silah-texnikanın nasazlığı, xidmətə yarasız, istismar vaxtı bitmiş avadanlıqların istifadəsi nəticəsində şəxsi heyət arasında xəsarət alanların sayı çoxalıb.
Qısa müddət ərzində işğalçı ordunun hərbi hissələrində baş verən hadisələr bunu bir daha sübut edir.
Belə ki, işğal olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrdən birində texnikaya qulluq zamanı Lernik Movsesyan adlı əsgər üzərinə silah-sursat yeşiyinin düşməsi nəticəsində xəsarət alıb. Hospitala çatdırılan hərbi qulluqçunun valideynləri isə onun məhz döyüldüyü üçün xəstəxanaya düşdüyünü iddia edirlər.

Başqa bir hadisənin döyüş mövqeyində, guya tonqala atılan patronun partlaması zamanı baş verdiyi bildirilir. Hadisə zamanı sol dizindən və əlindən xəsarət alan əsgər Tiqran Sarkisyan tibb məntəqəsinə yerləşdirilib.
Daha bir hadisə hərbi texnikaya quluq zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Hadisə zamanı müqaviləli hərbi qulluqçu Burgen Mnasakanyanın ayağı bud nahiyəsindən qırılıb. Onun da təcili olaraq hospitala təxliyə edildiyi bildirilir.
Son hadisə isə oktyabrın 3-də səhər saatlarında artilleriya alayına məxsus "ZİL" markalı avtomobilin aşması nəticəsində baş verib. Yanacaq-sürtgü materialları anbarında növbəni dəyişən şəxsi heyəti daşıyan avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəbindən qəza baş verib və nəticədə ən azı 3 erməni hərbçisi müxtəlif dərəcəli ciddi bədən xəsarətləri alıblar.
Qəza törədən köhnə Zil markalı yük maşınının yola çıxarkən nasaz vəziyyətdə olduğu məlum olub.

Bu xəbər oxundu
- - -