Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya İstintaq Komitəsi ermənilərə “yox” dedi

05.10.17, 12:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənilər isə tarixçi-alim Oleq Kuznetsova mənəvi terroru davam etdirirlər

Rusiya İstintaq Komitəsi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran tarixçi-alim, elmi araşdırmaların müəllifi Oleq Kuznetsova qarşı cinayət işi açmaqdan imtina edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə Baş İstintaq İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Andrey Berlyov oktyabrın 4-də milliyyətçə erməni olan vəkil Ruben Kirakosyanın Oleq Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında milli zəmində nifrətə təhrikin olmaması və bunun cinayət tərkibinin mövcudluğu barədə qaldırdığı iddia haqqında qərar çıxarıb.
Qərara əsasən, Oleq Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında ermənilərin iddia etdiyi milli zəmində nifrətə təhrik əlamətləri aşkarlanmayıb. Nəticədə İstintaq komitəsi məlum monoqrafiyada cinayət tərkibinin olmamasını əsas gətirərək cinayət işi açmaqdan imtina edib.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Oleq Kuznetsov bildirib ki, "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" monoqrafiyası ilə bağlı ermənilərin iddiası əsasında iki ay müddətində yoxlama aparılıb: "Kompleks təhqiqat aparılıb, çoxlu sayda insanlar dindirilib. Monoqrafiyanın mətni artıq üçüncü dəfə ekspertizadan keçirilib. Ekspertizanın nəticəsinə görə, monoqrafiyada milli zəmində nifrətə təhrik çağırışları qeydə alınmayıb. Toplanan materialların əsasında cinayət işinin açılmasından imtina edilməsi haqqında qərar çıxarılıb".
Rusiyalı tarixçi İstintaq Komitəsinin məlum qərarına çox sevindiyini bildirib: "Rusiya femidası ədalətini göstərdi, Rusiyada qanunlar alidir. İstintaq Komitəsinin son qərarı da bunu bir daha sübut etdi. Bizim ölkədə hüquq-mühafizə orqanları müəyyən etnik qrupların arzu və istəklərini deyil, qanunları icra edir".
Qeyd edək ki, Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan Ruben Stepanoviç Kirakosyan bir qrup erməni ilə bilikdə bu ilin iyulun 10-da Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbulunda olub. Həmin şəxslər İstintaq Komitəsinin sədrinə tarixçi alim O. Kuznetsovun "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında milli zəmində nifrətə təhrikin olması və bunun cinayət tərkibinin mövcudluğu ilə bağlı şikayət ediblər. Ermənilər A. Bastrıkinin qəbulunda olan zaman şikayət ərizəsi yazmayıblar. Bu, şifahi müraciət olub. A. Bastrıkin ermənilərin şikayətini İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəisinə yönəldib, şikayətə baxılması üçün tapşırıq verib.
Bu ilin avqust ayında Oleq Kuznetsov ermənilərin məlum şikayəti əsasında Rusiya İstintaq Komitəsində dindirilib.
Xatırladaq ki, “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xidməti materialları, erməni terrorçularının Azərbaycan və Rusiya ərazisində törətdikləri cinayətlərə dair cinayət işləri əsasında yazılıb.
Ermənilər erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran rusiyalı tarixçi-alim Oleq Kuznetsovun APA İnformasiya Agentliyində dərc olunan müsahibələri ilə bağlı Rusiya İstintaq Komitəsinə şikayət ediblər.
Bu, ermənilərin Oleq Kuznetsovla bağlı ikinci şikayətidir.
Bu barədə APA-nın Moskva müxbirinə məlumat verən Oleq Kuznetsovun sözlərinə görə, şikayət ərizəsi Moskvada vəkillik fəaliyyəti ilə məşğul olan Ruben Kirakosyan tərəfindən verilib: "Şikayət ərizəsində erməni vəkil mənim APA agentliyinə verdiyim son müsahibələrdə milli-etnik zəmində nifrətə çağırış cinayət əməlinin olmasını iddia edir".
Oleq Kuznetsov ermənilərin ikinci şikayət ərizəsinin də Rusiya İstintaq Komitəsinin Moskva şəhəri Qərb inzibati dairəsi üzrə Baş İstintaq İdarəsinin xüsusi işlər üzrə müstəntiqi Andrey Berlyovun icraatına verildiyini bildirib: "Erməni vəkil "XX yüzillikdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyamla bağlı iddialarının perspektivsizliyini görüb haqqımda ikinci şikayət ərizəsini Rusiya İstintaq Komitəsinə verib. Ermənilər tələb edir ki, APA agentliyində dərc olunan müsahibələrimdə ermənilərə qarşı milli-etnik zəmində nifrətə təhrik əlamətlərinin olub-olmadığı araşdırılsın. Fikrimcə, noyabrın ortalarında İstintaq Komitəsi növbəti dəfə cinayət işinin açılmaması haqqında qərar çıxaracaq. Bütün bunlar onu göstərir ki, ermənilərin mənə qarşı iddiaları əsassızdır. Məncə, erməni vəkil Kirakosyan özü də bunu yaxşı başa düşür. Sadəcə erməni lobbisi tərəfindən ona bu iş üçün ayrılan pulları “yumaqla” məşğuldur”.

Rusiyalı tarixçi yaxın vaxtlarda ermənilərdən Rusiya İstintaq Komitəsinə şikayət edəcəyini də söyləyib: "İstintaq Komitəsinin ikinci şikayət ərizəsi ilə bağlı qərarını gözləyirəm. Bu qərardan sonra aktiv fəaliyyətə başlayacağam. Şərəf və ləyaqətimin qorunması və iş reputasiyama vurduqları zərərlə bağlı erməni vəkil Ruben Kirakosyandan şikayət edəcəyəm. Birinci şikayət ərizəsi ilə bağlı qərar göstərdi ki, ermənilərin mənə qarşı iddiaları əsassızdır. İndi ikinci şikayət ərizəsi ilə bağlı qərarı gözləyirəm. Bu qərardan sonra Ruben Kirakosyanın məsuliyyətə cəlb olunmasını istəyəcəyəm".

Bu xəbər oxundu
- - -