Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanla Aİ gömrük sahəsində əməkdaşlığı genişləndirir

05.10.17, 13:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın ƏliyevAvropa İttifaqının (Aİ) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.
DGK Mətbuat Xidmətindən verilən məlumata görə, komitə sədri Azərbaycan ilə Aİ arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edərək bu əlaqələrin müxtəlif sahələrdə, o cümlədən gömrük sferasında mövcud olduğunu deyib.
Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlara toxunan komitə sədri, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı tərəfindən bir sıra fərman və sərəncamların imzalandığını diqqətə çatdırıb.
Aydın Əliyev bildirib ki, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq ölkənin bütün sahələrdə sürətli tərəqqisi təmin edilib, xüsusilə, son illərdə qeyri-neft sektorunun inkişafına göstərilən dəstək milli iqtisadiyyatda bu sektorun payını artırıb. Gömrük sahəsində də mütərəqqi islahatların uğurla reallaşdırıldığını vurğulayan DGK sədri "bir pəncərə", "elektron bəyannamə", "yaşıl dəhliz" və digər yeniliklərin idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsinə münbit şərait yaratdığını bildirib.
Azərbaycan və Aİ arasında tərəfdaşlıq əlaqələrinin önəmini qeyd edən A. Əliyev Azərbaycanın hazırda qüvvədə olan yeni Gömrük Məcəlləsinin layihəsinin Avropa İttifaqı və BÇT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlandığını xatırladıb və göstərilən dəstəyə görə Avropa İttifaqına minnətdarlığını ifadə edib.
Aydın Əliyev həmçinin hazırda BMT-nin İnkişaf Proqramı və DGK-nın birgə icra etdiyi "Azərbaycan və Gürcüstan arasında Sınıq Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin də Aİ tərəfindən maliyyələşdirildiyini bildirib və bu əməkdaşlığın gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib.
Kestutis Yankauskas Azərbaycan ilə Aİ arasında əməkdaşlıq əlaqələrindən razılığını ifadə edərək bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edib. Təmsil etdiyi qurumla Azərbaycan gömrük xidməti arasında da səmərəli əlaqələrin qurulmasından məmnun olan K. Yankauskas bu əlaqələrin gələcəkdə də faydalı əməkdaşlıq şəraitində davam etdiriləcəyinə əminliyini bildirib. Tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da möhkəmləndirilməsi üçün imkanların araşdırılmasının önəminə toxunan Kestutis Yankauskas bununla bağlı təkliflərini irəli sürüb və Azərbaycandakı fəaliyyəti müddətində bu əlaqələrin daha da fəallaşması işinə töhfəsini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdən sonra Aİ-nın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri K. Yankauskas DGK-da "Hədəf" Mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olub.

Bu xəbər oxundu
- - -