Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yan Kopiç: “Matçın taleyini daha tez həll etməliydik”

06.10.17, 12:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Çexiya millisinin futbolçusu Yan Kopiç vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin Azərbaycanla oyununda 2:1 hesablı qələbədə qolla pay sahibi olan futbolçu matç haqda fikirlərini açıqlayıb.

- Üç uğursuz oyundan sonra qələbə qazandız. Azərbaycanla matçda əldə olunan 3 xal sizdə hansı hisslər oyatdı?
- Layiqli qələbə qazandıq. Buna görə çox şadam. Oyunu həddən artıq çətin adlandırmazdım. Çoxsaylı qol imkanlarımız oldu. Onlardan yararlanıb, matçın taleyini daha tez həll etməliydik. Daha 2-3 qol vursaydıq, oyunu sakit məcrada bitirəcəkdik. Amma biz bunu bacarmadıq, əvəzində şübhəli penalti ilə cəzalandıq. Bəzən belə hallar olur. Yaxşı ki, sonda qələbəmizi qazana bildik.

- Hücum futbolu oynadız və 2 qol vurduz. Bütün seçmə mərhələni belə keçirmək olmazdı?
- Təəssüf ki, final mərhələsinə yüksələ bilmədik. Hərçənd bunu çox istəyirdik. Ola bilər ki, bu qarşılaşmadakı qələbə növbəti seçmə mərhələdə bizə çox kömək etsin. Yaxşı da qollar vurduq.

- Çıxış etdiyiniz “Viktoriya”a məhsuldarlığınızla seçilmirsizniz. Yığmada fərqləndiyiniz üçün xoşbəxtsiz?
- Özümü yaxşı hiss edirəm. Zədəm, hər hansı ağrım yoxdu. “Viktoriya”da daim meydanda oluram. Azərbaycanda da 90 dəqiqə şans qazandım. Bu qolu gözləyirdim. Ola bilər ki, hansısa görüşdə qol vurmayım. Amma iki tam fərqli matç da ola bilər.

- Yığma çox tənqid olunur. Bunu necə qarşılayırsız?
- Millidəki əhval-ruhiyyəni əla saymaq olmaz. Bu da final mərhələsinə çıxa bilməməyimizlə bağlıdı. Biz bunun acısını yaşayırıq. Futbolda belə hallar çox olur. Çoxumuz klub səviyyəsində də uğursuz mövsüm keçirib. Lakin biz peşəkarıq və oyunumuzu yaxşılaşdırmalıyıq. Növbəti seçmə mərhələdə vəzifənin öhdəsindən gəlib, AVRO-2020-yə yüksəlməliyik.

- Baş məşqçi Karel Yarolim istefa təhlükəsi ilə üzləşibmi? Bu qələbəni onun xeyrinə işləyən amil hesab etmək olar?
- Hər kəs özünü tam göstərməyə çalışır ki, yenə milliyə dəvət olunsun. Biz Çexiya üçün qalib gəlməyə çalışdıq.

- Bakı Olimpiya Stadionunun yarıboş tribunaları önündə necə oynadız?
- Arenada nə qədər tamaşaçı olduğunu deyə bilmərəm. 15 min? Bir neçə mini də bu nəhəng “qazan”da it-bat olmuşdu. Bu da heç də yaxşı deyildi. Amma bizim edəcəyimiz bir şey də yoxdu. Çexiya çempionatında da belə oyunlar olub.

Bu xəbər oxundu
- - -