Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Marneuli meri kim olacaq?

09.10.17, 8:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Teymur Abazovun şansı daha çox qiymətləndirilir
Gürcüstanda yerli idarəetmə orqanlarına oktyabrın 21-də keçiriləcək seçkilərə saylı günlər qalıb. Amma bu seçkinin əvvəlki seçkilərə nisbətən çox sakit keçəcəyi də istisna olunmur. Çünki namizədlər maneəsiz və sakit şəkildə öz təbliğat və təşviqat işlərini aparırlar. Soydaşlarımızın meriya seçimlərində namizəd olması Gürcüstanda yaşayan azərbaycanlılar tərəfindən müsbət qarşılanır. Namizədlər çoxdur, üzdə olan üç siyasi qurum var - "Gürcü Arzusu”, "Yeni Gürcüstan” və Vahid Milli Hərəkat partiyası. “Gürcü Arzusu”ndan Marneuli merlinə namizəd Teymur Abazov, "Yeni Gürcüstan”dan İmdad Şərifov, Vahid Milli Hərəkat partiyasından isə Əhməd İmanquliyevdir. Söylənilənlərə görə, mübarizə daha çox Teymur Abazov və Əhməd İmanquliyev arasında gedir.
Bəs baş tutacaq seçkilərdə əhali bu namizədlərdən daha çox hansınsa səs verərək onu mer seçəcək?
Bu sualla Gürcüstanda tanınan və nüfuz sahibi olan bir neçə ziyalı soydaşımıza müraciət etdik.
Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Zaur Darğallı açıqlamasında bildirib ki, Marneuli merliyinə namizədlər arasında “Gürcü Arzusu” partiyasının namizədi qalib gələcək, çünki hakim partiya son illərdə təsdiq etdi ki, həqiqətən xalqın hakimiyyətidir, həyata keçirilən sosial, infrastruktur layihələri, demokratik islahatlar, ölkəmizi sürətli inkişafa aparır: “Gələn illərdə ölkəmizdə beynəlxalq əhəmiyyətli yolların tam təmiri, daxili yolların təmiri, içməli su, suvarma suyu problemlərinin həlli, sosial layihələrin güclənməsi, təhsilə dəstək, müasir uşaq bağçalalarının tikilməsi, yeni iş yerlərinin yaradılmasına dair konkret planlar mövcuddur. İşlər görünür və biz əminik ki, həm Marneulidə, həm bölgəmizdə, həm də bütün ölkə üzrə “Gürcü Arzusu” partiyasının hər bir namizədi uğurlu qələbə çalacaq və ölkəmizdə inkişaf prosesi davam etdiriləcək. Marneulide Teymur Abazov qələbə qazanacaq, çünki gənc , enerjili , problemləri düzgün görən bir namizəddir, böyük planları var, problemlərin həllinə dair prinsipial yanaşması var və ən əsası odur ki, o, ölkəmizi gündən-günə güclədən hər bir vətəndaşımızın güclənməsi üçün çalışan bir komandanın, partiyanın namizədidir”.
Deputat Savalan Mirzəyevin fikrincə, bu seçkilərdə arasında “Gürcü Arzusu” partiyasının namizədi qalib gələcək. O, bunu T.Abazovun xalq arasında nüfuzu və çəkisi ilə əlaqələndirib. Bildirib ki, gənc olmasına baxmayaraq çox enerjili və çiyninə düşəcək yükü daşıya biləcək gücə malik olması T.Abzarovun Marneuli meri seçilməsinə əsas verəcək və seçicilərin əksəriyyətinin səsini qazanacaq.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov da Teymur Abazovun daha çox şansa malik olduğunu deyib. Onun sözlərinə görə, ilk dəfədir ki, iqtidar partiyası bu seçkiyə azərbaycanlı namizədlə qatılır və bu da hamının gözlədiyi bir haldır: “Onun namizədinə xalq arasında ciddi dəstək görünür”.
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtagi Əsədov isə daha çox Teymur Abazov və Əhməd İmanquliyevin şansının qiymətləndirib: “Əhmədin xalq arasında nüfuzu daha çoxdur və tanınması faktoru da var. Teymur da xalq araslnda çox tanınmır, amma hökumətin təqdim etdiyi namizəd olduğundan bütün riçaklardan istifadə olunacaq ki, seçilsin. Hər iki namizəd qabiliyyətli və qoçaq insandırlar”.
Böyük Birlik Təşkilatının sədri Əsəd Əliyevin fikrincə isə əsasən Teymur Abazovla Əhməd İmanquliyev arasında mübarizə gedir: “Daha şanslı Əhməd İmanquliyev hesab olunur”.
İctimai fəal Aqil Əmircanovun fikrincə hakim partiya “Gurcu Arzusu” partiyasindan olan namizəd Teymur Abazovun şansı daha çoxdur, demək olar ki, artıq o qəlibdir: “Hakim partiya bütün bölgələrdə qalibdir”.

Bu xəbər oxundu
- - -