Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Stratfor: Suriya və İran Rusiyaya imkan vermirlər

09.10.17, 10:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya Suriya konfliktinə girdikdən sonra vətəndaş müharibəsinin gedişini dəyişib. Bu iddia ilə “Stratfor” şirkəti çıxış edib. Şirkət Rusiyanın hazırda Suriyadakı döyüş meydanını tərk etmək üçün yollar axtardığını bildirib: “Moskva Suriya konfliktindən ilişib qalmaq istəmir, amma o həm də burada əldə etdiyi uğurlardan da imtina etmək niyyətində deyil. Bunun üçün Moskva aktiv şəkildə iranlı və suriyalı müttəfiqlərindən istifadə edərək “parçala - hökm et” strategiyasından yararlanır. Əvvəlcə o, Suriya hökumətinə qarşı təzyiq olan partizanlara və onların hamilərinə deeskalasiya zonaları yaratmaqla əsas savaş fəaliyyətlərinin olduğu bölgələrdəki müharibəni donduracaq. Neytral zonaların yaranmasından sonra Rusiya əldə etdiyi qüvvələr vasitəsilə İŞİD-lə savaşacaq. Bu strategiya indiyə qədər Rusiya və ətrafına bütün diqqətini Qərbdə müxaliflərdən şərqdə İŞİD-ə qarşı yönəltməyə yardım edib. Moskva anlayır ki, Suriyada hədəflərinə çatmağı gözlədiyindən daha çətin olacaq. Deeskalasiya zonalarında atəşkəsə praktik olaraq əməl edilmir. Burada müstəqil qruplar xarici təzyiqlərə tabe olmaq istəmirlər. Rusiyanın müttəfiqi olan Suriya və İran da onun planlarının reallaşdırılmasına imkan vermirlər. İran və Suriya hökumətləri Moskvanın strategiyasının məntiqini anlayırlar. Onlar bu ərazilərə iddialarını gizlətmir və onu müxalifətə vermək istəmirlər. Tehran və Dəməşq üçün bu savaş Moskvadan fərqli olaraq ciddidir və uzunmüddətlidir. Onlar tam qələbəyə qədər savaşacaqlar. Rusiyanın işini çətinləşdirən daha bir məqam Suriya əməliyyatlarının rusiyalılar arasında populyarlığını itirməsidir. Bu müharibəni rusların cəmi üçdə biri dəstəkləyir”.

Bu xəbər oxundu
- - -