Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyə rəhbərliyinin ABŞ-ın əzəli rəqibləri ilə ittifaqı dərin geosiyasi qarşıdurmaya gətirir”

09.10.17, 10:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“ABŞ-ın Türkiyə vətəndaşlarına qarşı viza verilməsini dayandırması, Yaxın Şərqdə toqquşan maraqları və birbaşa prezident Rəcəb Tayyib Ərdoğana qarşı siyasətinin nəticəsidir”. Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, məhz Ərdoğan ABŞ-la çox ciddi konfontrasiyaya getməklə, Türkiyənin ənənəvi Qərb siyasətini 180 dərəcə Şərqə-üzü küləyə döndərib: “NATO-da müttəfiqlik əlaqələrini ciddi şəkildə zədələyib. Təbii ki, Türkiyə rəhbərliyinin hazırkı kursu kənardan müstəqil adlandırılsada, hazırda Rusiyanın orbitinə keçib. Putinsiz Ərdoğan Yaxın Şərqdə müstəqil siyasət apara bilmir.
Ərdoğanın Rusiya ilə strateji tərəfdaşlığı, Putinin Türkiyəyə səfəri "S-400" hava hücumundan müdafiə sistemlərinin alışı barədə iki ölkə arasında müqavilə, Türk axını qaz kımərinin çəkilişi, Suriyada Rusiya ilə birgə hətbi-siyasi fəaliyyət ABŞ-ın Türkiyəyə qarşı viza siyasəti tətbiq etməsinə səbəb olan amillərdi. Türkiyə prezidentinin İrana ötən həftə səfəri çərçivəsində Ərdoğanın İran tərəfdaşı ilə iki ölkə arasında ticarət dövriyyəsində dollardan imtina edilməsi, görünür Ağ Evi ciddi şəkildə pərişan edib . Qeyd edim ki, Türkiyə ilə İran arasında dollardan imtina razılığı əldə olunanda ABŞ-ın bunu Ərdoğana bağışlamayacağını gözləyirdim. Türkiyə rəhbərliyinin ABŞ-ın əzəli rəqibləri ilə ittifaqı dərin geosiyasi qarşıdurmaya gətirir. Bundan Türkiyə ciddi şəkildə zərbə alacaq. Hazırda Türkiyə prezidenti ABŞ-ın Yaxın Şərqdə strateji planlarına qarşı Rusiya və İranla razılaşma əldə edib. Təbii ki, ABŞ ənənəvi müttəfiqi olan Türkiyəni PKK və Kürd kartı ilə təzyiqləri artıracaq”.

Bu xəbər oxundu
- - -