Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan acizdir: Generaldan mühüm gediş

10.10.17, 9:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Belarus üçüncü ölkədir ki, KTMT üzvü olmasına baxmayaraq, Azərbaycanla sıx hərbi əməkdaşlığa maraq göstərir.
Bu sözləri müdafiə naziri Zakir Həsənovun Belarusa səfərini şərh edən politoloq İlqar Vəlizadə deyib. Ekspert müdafiə nazirinin Belarusa səfərinə onun bundan öncəki Polşa və İsrail səfərlərinin davamı kimi baxır:
“Hazırda dünya bazarı çox zəngindir. Müdafiə naziri də bu hərbi bazarlarla, orada nümayiş olunan texnikalarla və onların döyüş keyfiyyətləri ilə şəxsən maraqlanır. KTMT üzvü olmasına baxmayaraq, Belarus üçüncü ölkədir ki, Azərbaycanla sıx hərbi əməkdaşlığa maraq göstərir. Azərbaycan Rusiya və Qazaxıstanla mövcud hərbi əməkdaşlığını Belarusla da qurmaq niyyətindədir. Beləliklə, ölkəmiz sözügedən ölkələrin təkcə siyasi deyil, eyni zamanda, vacib hərbi-texniki tərəfdaşına çevrilir”.
Politoloq belə vəziyyətdə Ermənistanın çox aciz göründüyünü qeyd edib:
“Çünki İrəvanın təklif etməyə nəyisə yoxdur. Ermənistan Belarus və Qazaxıstan üçün maraqlı bazar deyil. Ancaq Azərbaycanla hərbi əməkdaşlıq hər iki ölkəyə yeni dividentlər vəd edir. Belarus çox gözəl başa düşür ki, Azərbaycan heç bir halda KTMT-yə təhlükə törətmir və Ermənistana olan “təhlükələr” birbaşa təşkilata şamil oluna bilməz”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Azərbaycanın Belarusla hərbi-siyasi əlaqələri möhkəmləndirməsi, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına böyük təkan verir. Müdafiə naziri Zakir Həsənovun Belarusa səfəri hərbi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində bu ölkədə istehsal olunan "İsgəndər" raketlərinə alternativ "Polonez" raket sistemlərinin alışı həmçinin birgə istehsalı üçün rəsmi Minsklə danışıqlar aparmaqdır:
“Qeyd edim ki, Rusiya Azərbaycana "İsgəndər" raketlərinin satılmasını həyata keçirmir. Amma Ermənistana "İsgəndər-M" bir neçə batareya sistemi verilib. Rusiya Azərbaycana bu raket sistemini satmamaqla Ermənistanla silah paritetini saxlamaq istəyir. Belarusun istehsal etdiyi "Polonez" raketi "İsgəndər" raket sisteminin analoqudur və Belarusun ölkəmizə bu raket sistemini verəcəyi və birgə istehsalı üçün istənilən addımı atacağı gözlənilir.
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanla siyasi-iqtisadi əlaqələrə önəm verir və yaxın perspektivdə iki ölkə arasında hərbi-texniki və müdafiə xarakterli əməkdaşlığın genişləndirilməsi üçün müqavilələr imzalanacaq. Göründüyü kimi, Azərbaycan Ermənistanın "İsgəndər" xəyalına son qoyur və həmin raketlərineynisin istehsalını yaxın illərdə gerçəkləşdirməyə nail olacaq. Qeyd edim ki, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistanla müttəfiqdir.
Azərbaycan KTMT-də Ermənistanın müttəfiqlərindən bu ölkəyə qarşı silah alışını genişləndirib. Belarus Qarabağ probleminin həllində Azərbaycanın yanındadır və istənilən dəstəyi verməyə hazırdır. Göründüyü kimi Ermənistan Azərbaycanla müharibədə KTMT qarşı güvənə bilməz. Bu təşkilatın aparıcı üzvü olan Belarus, Qazaxıstan Azərbaycanın yanındadır. Rusiyada Azərbaycanın ən böyük silah tədarükçüsdür”.
Qeyd edək ki, Azərbaycan Müdafiə naziri Zakir Həsənov oktyabrın 9-da Belarusa səfər edərək bu ökənin prezidenti Aleksandr Lukaşenkoyla görüşüb. Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu xəbər oxundu
- - -