Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edirik”

10.10.17, 11:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fikrət Sdaıqov: “Azərbaycana qərəzli münasibət bizim prinsipial mövqeyimizlə üz-üzə gələcək”

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) işə başlamış növbəti sessiyası zamanı da ərazi bütövlüyümüz uğrunda fəaliyyətimizi davam etdirəcəyik”. Bunu politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, AŞPA-da bir sıra qüvvələrin Azərbaycana qərəzli münasibəti bizim prinsipial mövqeyimizlə üz-üzə gələcək: “Çünki beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edirik. Azərbaycan heç kimin hüquqlarını pozmur, heç bir dövlətin ərazisinə iddiası yoxdur. Biz sadəcə, ərazi bütövlüyümüzü təmin etmək istəyirik. Bir sıra beynəlxalq qurumların, o cümlədən AŞPA-nın Dağlıq Qarabağ ilə bağlı öz mövqeləri var”.
Politoloq deyib ki, Azərbaycana qarşı çıxış edənlər məqsədlərinə çatmayacaqlar: “AŞPA-da kifayət qədər sağlam düşüncəli deputat var. Bu deputatlar mövqelərini bildirəcəklər. Beləliklə, Azərbaycanın maraqları üstün olacaq”.

Bu xəbər oxundu
- - -