Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyə-ABŞ münasibətlərindəki problemin səbəbkarı ABŞ-dır”

10.10.17, 13:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-ABŞ münasibətlərindəki problemin səbəbkarının Vaşinqton olduğunu bəyan edib.
Belqradda Serbiya prezidenti ilə görüşdən sonra keçirilən mətbuat konfransında Ərdoğan deyib ki, ABŞ-ın Ankaradakı səfirinin Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmaq barədə qərar verməsi və daha sonra ABŞ dövləti adına belə bir qərar verdiyini bəyan etməsi düşündürücüdür: “Əgər vəziyyət belədirsə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri ilə müzakirə edəcəyimiz bir şey yoxdur. Əgər elə deyilsə, səfir belə bir qərarı özbaşına qəbul edibsə, ABŞ hökuməti o səfiri geri çağırmalıdır. Səfirə deyilməlidir ki, Türkiyə-ABŞ münasibətlərini necə pozursan?! Əgər bizim səfir belə bir hərəkət etsəydi, bir dəqiqə belə vəzifədə saxlamazdım”.
Ərdoğan ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda çalışan şəxsin FETÖ terror təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılması və həbs edilməsi, daha sonra isə konsulluqda çalışan başqa bir şəxs barədə də həbs qərarı verilməsinə toxunub: “Bu, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda nələrinsə baş verdiyini göstərir. Bu casuslar ABŞ konsulluğuna necə sızıb? Sızmayıblarsa, bu şəxsləri Baş Konsulluğa kimlər işə götürüb? Heç bir dövlət onu daxildən təhdid edəcək casuslara imkan verməz. Dünən də bəyan etdim, Türkiyə bir qəbilə dövləti deyil, belə münasibətə yol verə bilməz. Həmin səfir hazırda vida ziyarətləri həyata keçirir. Biz o səfirin vida ziyarətlərini qəbul etmirik, o səfiri ABŞ-ın Türkiyədəki təmsilçisi də saymırıq”.

Bu xəbər oxundu
- - -