Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Erməni vandalizminə dair dəhşətli faktlar ortaya çıxıb

10.10.17, 13:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Erməni işğalı 25 ildir ki, davam edir. Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Bir milyondan çox insan erməni işğalından əziyyət çəkir. Bu, işğalın görünən tərəfidir”.
Dünən, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə, Azərbaycanın İşğal olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin həyata keçirdiyi "Azərbaycanın İşğal altındakı daşınmaz tarix və mədəniyyət abidələrinin elektron məlumat bazasının yaradılması və xarici ölkələrdə təqdimatı erməni vandalizminin ifşasına şərait yaradacaqdır" adlı layihəsi ilə əlaqədar keçirilən tədbirdə, İctimai Birliyin sədri Faiq İsmayılov belə deyib.
"İşğal altındakı ərazilərdə Azərbaycanın bütün milli mədəni sərvəti gizli şəkildə məhv edilir, tarixi dəyişdirilir, xristian dövrü erməniləşdirilir, islam dini abidələri dağıdılır, ərazidə müxtəlif ölçülü monumental erməni incəsənət abidələri, erməni xaçları, yeni-yeni erməni kilsələri tikilib beynəlxalq səviyyədə təbliğ etməklə, Ermənistan bu ərazilərin ermənilərə məxsusluğunu dünyaya sübut etməyə çalışır. Bu isə erməni işğalının gizli məqamları, yəni görünməyən tərəfidir" - o, əlavə edib.
İsmayılovun sözlərinə görə, Azərbaycan ərazislərində tarix və mədəniyyət abidələri ayrı-ayrı qruplar üzrə 900-ə yaxın rəsmi dövlət qeydiyyatında olan və dövlət qeydiyyatından kənarda qalan 2550 sayda tarix və mədəniyyət abidələri erməni işğalı altındadır: "Sovet dövründə Azərbaycanın kifayət qədər tarixi abidələri qeydiyyata alınmayıb. Bizim tədqiqatlarımız zamanı məlum oldu ki, həmin abidələrin sayı 4500-dür və onların 30 mindən çox görüntüsü var".
"Bizim araşdırmamız zamanı məlum olub ki, Ağdərə ərazisində 1390 abidə qeydə alınıb. Amma biz cəmi 86 abidənin görüntüsünü əldə edə bilmişik. Hər bir abidəyə aid bir neçə şəkil və məlumat var. O cümlədən Xocavənd rayonu ərazisində 350 dən çox abidə qeydə alınıb. Onların əksəriyyəti çox unikal və təkrarsızdır" birlik sədri bildirib.
"Eyni zamanda, biz o abidələrin siyahısını tərtib edə bildik. Siyahı tərtib edilərkən bir neçə kateqoriyaya bölünüb. Xocavənd abidələri haqqında məlumatları qruplaşdırıb rus və Azərbaycan dillərində yazmışıq. Təqdim olunan Elektron Məlumat Bazası yaradılıb. Bazada Azərbaycanın bütün abidələri qeydə alınıb"- Faiq İsmayılov vurğulayıb.

Bu xəbər oxundu
- - -