Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Fransız jurnalist Qarabağdan yazıb

10.10.17, 14:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fransanın Mediapart.fr portalında Azərbaycanda səfərdə olmuş fransız jurnalistin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi yayılıb.
Müəllif Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyən faktlara müraciət edərək ermənilərin torpaqlarımıza köçürülməsi tarixindən söhbət açır. O, XIX əsrin əvvəllərində Naxçıvan, Zəngəzur, Ordubad, Dərələyəz, Verdibasar və İrəvan xanlığının da Azərbaycana mənsub olduğunu vurğulayır.
XIX əsrdə imzalanmış Kürəkçay, Türkmənçay və Gülüstan müqavilələrindən bəhs edən müəllif Azərbaycanın iki yerə parçalandığını, eləcə də ermənilərin qonşu ölkələrdən Qarabağa köçürüldüyünü oxucuların diqqətinə çatdırır.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışılır, problemin həllində ikili standartlara yol verildiyi qeyd edilir.
Müəllif Cocuq Mərcanlı kəndinə səfərindən, orada aparılan yenidənqurma işlərindən də bəhs edir.

Bu xəbər oxundu
- - -