Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

““İsgəndər” məsələsi artıq status-kvonu saxlamaq üçün bir hədə mənbəyinə çevrilir”

11.10.17, 8:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) erməni əsilli Baş katibi Yuri Xaçaturov “İsgəndər” raketlərinin sınaqdan keçirilə biləcəyi ilə bağlı fikirlərində Rusiyaya arxalanır”.
Bunu KTMT-nin erməni əsilli Baş katibi Yuri Xaçaturovun “İsgəndər” raketlərinin sınaqdan keçirilə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, ermənilər bununla “İsgəndər” raketlərinə sahib olduqlarını bir daha gündəmə gətirmək istəyirlər:
“Əslində, “Rus NATO-su"nun erməni əsilli rəhbərinin fikirləri heç də erməni tərəfinin mövqeyi deyil. Xaçaturov “İsgəndər” raketlərinin sınaqdan keçirilə biləcəyi ilə bağlı fikirlərində Rusiyaya arxalanır. Verilən mesajın arxasında Türkiyənin S-400-ləri almağa təhrik edilməsi məsələsi də gizlənir”.
Politoloq regionda bu qədər silahın cəmlənməsini indiki dönəmdə çox təhlükəli hesab edir:
“Ermənistan siyasi, iqtisadi cəhətdən çox ağır bir vəziyyətdə yaşasa da, Rusiyanın verdiyi bu silahlardan istifadə etmək imkanına malikdir. Digər tərəfdən, “İsgəndər” məsələsi artıq status-kvonu saxlamaq üçün bir hədə mənbəyinə çevrilir”.
Qeyd edək ki, KTMT-nin erməni əsilli Baş katibi Yuri Xaçaturov deyib ki, “İsgəndər” raketlərinin praktik cəhətdən Ermənistanda sınağı çox çətindir: "Çünki bizim ərazimiz çox kiçikdir. Təsadüfən o, Türkiyəyə də uça bilər”.

Bu xəbər oxundu
- - -